AHY
"Azərbaycan Hava Yolları" QSC
Satış və Əməkdaşlıq İdarəsi/Analitik
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Satış
Vəzifə haqqında
Təsvir
- Analitik məlumatların toplanması, təhlili və hesabatların hazırlanması;
- Müxtəlif mənbələrdən əldə olunan məlumatların analiz edilməsi, biznes proseslərinin qiymətləndirilməsi, performans göstəricilərinin ölçülməsi və qərarvermə prosesinə dəstək göstərilməsi;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Power BI, Excel, SQL və digər analitik alətlərdən istifadə etməklə məlumatların vizuallaşdırılması və hesabat proseslərinin avtomatlaşdırılması.
Tələblər
- Ali təhsil (Bakalavr dərəcəsi);
- Analitika və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini yüksək, rus dilini orta səviyyədə bilmək;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı;
- Power BI və SQL üzrə biliklər;
- Güclü ünsiyyət bacarıqları (şifahi və yazılı);
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
- Komandada effektiv işləmək bacarığı.
İŞ ŞƏRAİTİ:
- İş qrafiki: 5 günlük (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu;