Biopet Shop Satış və əməliyyat üzrə rəhbər
Vəzifə haqqında
Rol Haqqında
Biopet Shop Azərbaycanda fəaliyyət göstərən, ev heyvanları üçün məhsul satışı bazarında sürətlə böyüyən pərakəndə və e-commerce şirkətidir.
Satış və əməliyyatlar üzrə rəhbər rolu şirkətin bütün satış əməliyyatlarına, kommersiya performansına, kateqoriya idarəçiliyinə və operativ proseslərə (çatdırılma, anbar, təchizat, audit) cavabdeh olacaq. Axtardığımız namizəd pərakəndə satış sistemlərini dərindən bilən, kommersiya göstəricilərini (gəlirlilik, marja, markup və s.) analiz edə bilən və öz komandasını nəticəyə yönəldə bilən güclü liderdir.
Əsas Öhdəliklər
10+ filialın satış əməliyyatlarına rəhbərlik, satış hədəflərinin filiallar üzrə bölüşdürülməsi və icrasına nəzarət
Filial, brend, kateqoriya və məhsul səviyyəsində gəlirlilik analizi, marja və qiymət strategiyasının idarə edilməsi
Kateqoriya strategiyasının formalaşdırılması - çeşid qərarları, stok dönmə, yeni kateqoriya əlavələri
Aylıq kommersiya hesabatları (revenue, gross margin, basket size, conversion, like-for-like) və rəqib analizinin aparılması
Performans qiymətləndirmə, KPI və bonus sisteminin idarə edilməsi
Satış proseslərinin standartlaşdırılması - müştəri xidməti protokolları, upsell/cross-sell, müştəri xidmətləri komandasının nəzarəti
Filiallarda merçendayzinq standartlarının, planoqramların və audit prosesinin idarə edilməsi
Yeni filial açılışları və mövsümi kampaniyalar üçün merçendayzinq planlaması
Çatdırılma, anbar və təchizat komandalarının koordinasiyası
Stok dəqiqliyi, çatdırılma performansı və əməliyyat xərclərinin optimallaşdırılması
Yeni filial açılış proseslərinin koordinasiyası
Tələblər
Mütləq:
Minimum 4-5 il pərakəndə satış idarəçiliyi təcrübəsi (multi-store/multi-branch mühitdə)
Kommersiya analitikası təcrübəsi - marja, markup, gəlirlilik analizi, pricing strategiyası
Kateqoriya management təcrübəsi və ya güclü anlayışı
Merçendayzinq prinsiplərini bilmək və tətbiq etmək bacarığı
Satış targetləri qoymaq, KPI sistemi qurmaq və performans idarəetmə təcrübəsi
Supply chain / təchizat prosesləri haqqında bilik
Komanda idarəçiliyi təcrübəsi (minimum 10+ nəfərlik komanda)
Data-driven düşüncə (Excel/Google Sheets-də güclü analitik bacarıqlar)
Üstünlük:
Pet industry, FMCG və ya specialty retail sektorunda təcrübə
E-commerce satış kanalı ilə tanışlıq
1C, ERP və ya POS sistemləri ilə iş təcrübəsi
İngilis və Rus dililərindən birini peşəkar bilmək
Biz Nə Təklif Edirik
Şirkətin bütün satış və əməliyyat istiqamətlərinə rəhbərlik etmək imkanı
Sürətlə böyüyən şirkətdə karyera inkişafı perspektivi
Rəqabətqabiliyyətli əməkhaqqı
Dinamik, çevik və nəticəyə fokuslanmış iş mühiti
Korporativ nömrə və danışıq balansı
Uyğun namizədlərin CV-lərini [email protected] elektron poçt ünvanına “Satış və əməliyyat üzrə rəhbər” başlığı ilə göndərmələri tələb edilir. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılıb növbəti mərhələ haqqında məlumat veriləcəkdir.
