MAŞ
Mətanət A Şirkətlər Qrupu
Sənədləşmə üzrə mütəxəssis (Logistika Departamenti)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Təsvir
- İxrac əməliyyatları üçün tələb olunan gömrük sənədlərinin (CMR, Commercial Invoice və digər müşayiətedici sənədlərin) hazırlanması və düzgün tərtib edilməsinin təmin edilməsi;
- Mənşə sertifikatlarının aidiyyəti portal və sistemlər vasitəsilə sifariş edilməsi, alınması və ixrac sənədləri paketinə daxil edilməsi;
- Nəqliyyat və logistika xidmətləri üzrə xərclərin ödənilməsi prosesinin təşkili, aidiyyəti şöbələrlə koordinasiyanın aparılması və ödəniş sənədlərinin izlənilməsi;
- İxrac əməliyyatları üzrə bütün sənədlərin toplanması, yoxlanılması, sistemləşdirilməsi və müvafiq tərəflərə vaxtında təqdim edilməsinin təmin edilməsi;
- Gömrük brokerləri, logistika şirkətləri və xarici müştərilərlə sənəd dövriyyəsinin koordinasiyası;
- İxrac sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılmasının təmin edilməsi;
- İxrac prosesləri ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: 1 il;
- Kompüter bilikləri: Ofis proqramları (Excel, Word) və 1C;
- Dil bilikləri; Azərbaycan və Rus dilləri əla;
Şəxsi keyfiyyətlər:
- Diqqətli;
- Cəld;
- Punktual;
- Komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Luxen Plaza;
- İş qrafiki: 5 gün, saat 09:00-18:00;
- İstirahət günü: Şənbə və bazar günləri;
- Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik.