PASHA Real Estate GroupPASHA Real Estate Group

Senior Procurement Specialist

Bakı 2 həftə əvvəl yerləşdirilib Mənbə
Tam ştat Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

VƏZIFƏ HAQQINDA ÜMUMI MƏLUMAT


Cari layihələr üçün tələb olunan irihəcmli tikinti materiallarının, avadanlıqların və komponentlərinin tapılması (sourcing), qiymət danışıqlarının aparılması və və satınalınmasına məsuldur. Bu vəzifə materialların texniki spesifikasiyaya uyğunluğunu, layihə qrafiki çərçivəsində çatdırılmasını və büdcə limitlərinə riayət olunmasını təmin edir, habelə satınalma strategiyalarının icrası üçün texniki komanda ilə sıx əməkdaşlıq edir.


ƏSAS VƏZIFƏ VƏ MƏSULIYYƏTLƏR


1. Bazar Araşdırması, Sourcing və Tenderlərin İdarə Edilməsi

▪     Yeni təchizatçıları, materialları və qiymət trendlərini müəyyən etmək üçün mütəmadi bazar araşdırmaları aparmaq;

▪     Şirkətin daxili qaydalarına uyğun olaraq kataloqlar, internet və təchizatçılar vasitəsilə qiymət və spesifikasiyaları öyrənmək, potensial partnyorları qiymətləndirmək;

▪     Şirkətin təchizatçı məlumat bazasını (database) genişləndirmək və vendorlarla uzunmüddətli əlaqələr qurmaq;

▪     Elektron tender platformalarından istifadə etməklə tender proseslərini (RFQ/ITT) idarə etmək.

▪     Bazar risklərini (qiymət artımı, logistik gecikmələr) öncədən proqnozlaşdırmaq, layihənin kəsilməzliyini təmin etmək üçün alternativ təchizat zənciri strategiyalarını hazırlamaq və tətbiq etmək.

2. Texniki-Kommersiya Analizi və Danışıqlar

▪     Dizayn və Texniki departament ilə sıx işləyərək texniki spesifikasiyaları toplamaq və analiz etmək;

▪     Təchizatçıların təkliflərini texniki və kommersiya baxımından qiymətləndirmək, riskləri müəyyən etmək və ətraflı kommersiya müqayisə cədvəli (bid tabs) hazırlamaq;

▪     Keyfiyyət və təhlükəsizlik standartlarını nəzərə almaqla ən rəqabətli qiymətləri, ödəniş şərtlərini, endirimləri və çatdırılma vaxtlarını müzakirə etmək (negotiation);

▪     Layihələr üçün kritik əhəmiyyət kəsb edən, yüksək büdcəli və mürəkkəb material paketlərinin, habelə Çərçivə müqavilələrinin (framework orders) bağlanmasını və sifarişlərin müstəqil idarə edilməsini həyata keçirmək.

3. Sifarişlərin İdarə Edilməsi, ERP və Maliyyə Prosesləri

▪     Təsdiq olunmuş Material Sifarişləri (MR) əsasında daxili ERP sistemində Satınalma Sifarişlərini (PO) yaratmaq;

▪     Sifarişlərin statusunu izləmək, təchizatçılardan ödəniş sənədlərini toplamaq və daxili 3-lü uyğunlaşdırma (3-way matching: Hesab-faktura vs Sifariş vs Çatdırılma sənədi) prosesini icra etmək;

▪     Maliyyə departamentinə ödəniş sorğularını göndərmək və ödəniş statusunu təqib etmək;

▪     Audit və yoxlama üçün satınalma ilə bağlı bütün sənədləri daxili qovluqlarda arxivləşdirmək.

4. Logistika, Keyfiyyət və Koordinasiya

▪     Materialların tikinti sahələrinə vaxtında çatdırılmasını təmin etmək üçün Logistika və Anbar komandaları ilə sıx koordinasiyada işləmək;

▪     Təchizat zəncirindəki ləngimələri və problemləri proaktiv şəkildə həll etmək;

▪     Materialların texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu yoxlamaq üçün QA/QC (Keyfiyyətə nəzarət) və Texniki heyət ilə əməkdaşlıq etmək, təchizatçı sorğularını onlarla birlikdə cavablandırmaq.

▪     Departament daxilindəki kiçik və orta səviyyəli satınalma mütəxəssislərinə peşəkar dəstək və texniki bilgi (mentorluq) vermək.


Tələblər

Təhsil və Təcrübə

▪     Tikinti sənayesində və ya daşınmaz əmlak layihələrində (real estate development) satınalma üzrə ən azı 7 il iş təcrübəsi.

▪     Material təchizatçıları və podratçılarla işləmək təcrübəsi.

▪     Tikinti materiallarının spesifikasiyaları, növləri/markaları və bazar dinamikası (xüsusilə yerli və regional təchizatçılar) barədə dərin biliklər; Təchizatçıların təqdim etdiyi texniki məlumat vərəqlərini (technical data sheets) müqayisə etmək bacarığı.

▪     Yalnız operativ satınalma deyil, təchizat zəncirinin ümumi idarə edilməsi, vendorların performans qiymətləndirilməsi (KPI) və xərclərin optimallaşdırılması (cost-saving) sahəsində dərin biliklər və uğurlu təcrübə

▪     Tikinti sənayesində iş təcrübəsinin olması arzuolunandır (strongly preferred).

▪     Tikinti və ya mühəndislik istiqamətində təhsil ciddi üstünlükdür.

Texniki və Analitik Bacarıqlar

▪     Microsoft Office proqramları paketini, xüsusilə MS Excel-i (formullar, pivot cədvəllər, data analizi) mükəmməl səviyyədə bilmək.

▪     Ödənişlərin qeydiyyatı və müqavilələrin izlənilməsi üçün ERP sistemləri ilə işləmək bacarığı.

▪     Detallara qarşı yüksək dəqiqlik, güclü analitik və rəqəmlərlə işləmək bacarığı.

▪     Müqavilə və maliyyə sənədlərini hazırlamaq, oxumaq və təhlil etmək (şərh etmək) bacarığı.

Dil Bilikləri

▪     Azərbaycan dili: Ana dil səviyyəsində (yazılı və şifahi).

▪     İngilis dili: Peşəkar iş səviyyəsindəki bilik tələb olunur (yazılı və şifahi).

Şəxsi Keyfiyyətlər

▪     Dəqiqlik və keyfiyyət prinsiplərinə sadiq qalaraq, detallara qarşı müstəsna diqqət.

▪     Yüksək özünü motivasiyaetmə, güclü təşkilatçılıq bacarığı və eyni vaxtda bir neçə tapşırığı idarə etmək qabiliyyəti.

▪     Tapşırıqların vaxtında icra edilməsinə və problemlərin proaktiv şəkildə həll olunması.

▪     Mükəmməl yazılı və şifahi ünsiyyət (kommunikasiya) bacarıqları.

▪     Təchizatçılar və daxili sifarişçilər (stakeholders) ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq bacarığı və peşəkar davranış forması.

▪     Sürətli iş mühitində, layihə qrafikləri və qısa son tarixlər (tight deadlines) altında səmərəli və çevik çalışmaq bacarığı.

PASHA Real Estate Group
PASHA Real Estate Group

PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et