A AvroraAvrora

Sertifikatlaşdırma üzrə aparıcı mütəxəssis

18 saat əvvəl yerləşdirilib Mənbə
Kənd təsərrüfatı
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Qısa Bəyannamələrin tərtib edilməsində ID kodu təqdim etmək;
  • AQTA-ya görə anbardan nümunə üçün malların verilməsinə aid olan bütün proseslərə nəzarət etmək;
  • Gigiyenik sertifikatın alınması üçün ödəniş sənədini hazırlamaq;
  • İdxal olunan mallar üçün Qida Təhlükəsizlik Agentliyindən gigiyenik, baytarlıq və fito sanitar sertifikatlarını əldə etmək;
  • İxrac olunan mallar üçün fitosanitar sertifikat və sağlıq sertifikatlarını almaq;
  • Qida Təhlükəsizlik İnstituna məhsulların analizinə ödəniş üçün toplu sənədləri hazırlamaq;
  • Müvafiq sertifikatların daxili proqram təminatına daxil etmək;
  • Gündəlik olaraq sertifikatlaştırılma hesabatına məlumatları daxil etmək;
  • Malların qırmızı yaxud yaşılda olması barədə anbara məlumat vermək; 
  • Qeyri qida məhsullar üçün Sanitariya-Karantin Mərkəzindən gigienik sertifikat almaq;
  • AQTA-nın təşkil etdiyi görüşlərdə iştirak etmək;
  • Yeni məhsullar üçün nümunələrlə bağlı AQTA ilə məsələləri həll etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • AQTA Sertifikatları ilə işləmək bacarığı;
  • Rus və ingilis dilində orta səviyyədə biliklər;
  • Microsoft Office proqramı üzrə biliklər ;
  • Kommunikasiya bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil 
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sertifikatlaşdırma üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

A Avrora
Avrora
Topdansatış və pərakəndə ticarət

“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata…

Oxşar vakansiyalar

Hamısına bax