SHP SƏTƏM Mütəxəssisi
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş yeri - Layihə sahəsi
Vəzifənin məqsədi
- SƏTƏM Mütəxəssisi layihə sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə tələblərin icrasına nəzarət edir, gündəlik iş proseslərinin təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir, risklərin qarşısının alınması istiqamətində tədbirlər görür və bütün zəruri SƏTƏM sənədlərinin hazırlanması, aparılması və yenilənməsinə cavabdehdir.
Əsas vəzifə və öhdəliklər
- Layihə sahəsində gündəlik iş proseslərinə nəzarət etmək və işlərin SƏTƏM qaydalarına uyğun icra olunmasını təmin etmək.
- İş sahəsində müntəzəm yoxlamalar aparmaq, təhlükəli vəziyyət və davranışları müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək.
- Risk qiymətləndirilməsi (Risk Assessment) hazırlanması və Təhlükəsiz İş Metod Bəyanatlarının (Method Statement) hazırlanmasında iştirak etmək və onların tətbiqinə nəzarət etmək.
- İş Təhlükəsizliyi Təhlili (JSA), İş İcazəsi (Permit to Work), yoxlama aktları, insident və qəza hesabatları, gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarını hazırlamaq və qeydiyyatını aparmaq.
- İşçilər və podratçılar üçün ilkin SƏTƏM təlimləri, gündəlik təhlükəsizlik brifinqləri (Toolbox Talk) və maarifləndirici tədbirlər keçirmək.
- Fərdi mühafizə vasitələrinin (FMV) düzgün seçilməsi və istifadəsinə nəzarət etmək.
- Qəza, insident və "az qala baş verəcək hadisələr"i (Near Miss) araşdırmaq, səbəbləri müəyyən etmək və düzəldici/preventiv tədbirlər hazırlamaq.
- Yanğın təhlükəsizliyi, ilk yardım vasitələri və fövqəladə hallara hazırlıq tədbirlərinə nəzarət etmək.
- SƏTƏM üzrə bütün sənədlərin düzgün saxlanılmasını, yenilənməsini və auditlər üçün hazır vəziyyətdə olmasını təmin etmək.
- Dövlət orqanları və sifarişçi tərəfindən aparılan yoxlamalarda və auditlərdə iştirak etmək.
- Əməyin mühafizəsi, ətraf mühit və təhlükəsizlik üzrə qanunvericiliyin, normativ sənədlərin və şirkət prosedurlarının tələblərinə riayət olunmasını təmin etmək.
- Layihədə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində təşəbbüslər göstərmək.
- Rəhbərlik tərəfindən verilən digər SƏTƏM istiqamətli tapşırıqları yerinə yetirmək.
İş təcrübəsi
- Tikinti layihələrində SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi.
- SƏTƏM sənədlərinin hazırlanması və sahədə təhlükəsizlik nəzarətinin həyata keçirilməsi üzrə praktiki təcrübə.
Bilik və bacarıqlar
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyini bilmək.
- Risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi bacarığı.
- SƏTƏM sənədlərinin hazırlanması və hesabatların tərtibi bacarığı.
- Microsoft Office proqramlarında sərbəst işləmək.
- Analitik düşünmə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarıqları.
- Komandada və müstəqil işləmək bacarığı.
İş şəraiti
- İş yeri əsasən layihə (tikinti) sahəsidir.
- Müntəzəm sahə yoxlamaları və monitorinqlər aparılır.
- İş vaxtı ərzində fərdi mühafizə vasitələrindən istifadə məcburidir.
- Layihənin ehtiyacından asılı olaraq əlavə iş saatları tələb oluna bilər.
Əmək haqqı- 900-1000 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “HSE Officer” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər