A
Azersun Holding

Sətəm mütəxəssisi-Cəbrayıl

22 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Kateqoriya
Mühafizə

Vəzifə haqqında

Bu vəzifə müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə tələblərin tətbiqini və icrasına nəzarəti təmin edir. Vəzifə sahibi risklərin qiymətləndirilməsi, işçilərin təlimatlandırılması, təhlükəsizlik auditlərinin keçirilməsi və qəza hadisələrinin araşdırılması proseslərini həyata keçirərək təhlükəsiz iş mühitinin formalaşdırılmasına töhfə verir. Eyni zamanda dövlət qurumları ilə əlaqələrin koordinasiyasını və müvafiq hesabatların hazırlanmasını təmin edir. 

Ümumi Tələblər

  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali təhsil;
  • SƏTƏM (HSE) sahəsində minimum 2–5 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə yerli qanunvericilik və normativ aktları bilməsi;
  • Risklərin qiymətləndirilməsi və risklərin idarə olunması metodları üzrə praktiki biliklər;
  • Təlimatlandırma və işçilərlə təhlükəsizlik üzrə maarifləndirmə aparmaq bacarığı;
  • Qəza və insidentlərin araşdırılması və hesabatların hazırlanması üzrə təcrübə;
  • Daxili audit və yoxlamaların aparılması bacarığı;
  • FMV (fərdi mühafizə vasitələri) və təhlükəsizlik standartları üzrə biliklər;
  • Güclü analitik düşünmə, məsuliyyət və diqqətlilik;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı;
  • Sertifikatlar üstünlük hesab olunur (NEBOSH, IOSH və ya ekvivalent HSE sertifikatları).

Vəzifə öhdəlikləri:

  • Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işlərin təşkilini həyata keçirmək və icrasına nəzarət etmək;
  • Risklərin qiymətləndirilməsini aparmaq və risklərin azaldılması üçün müvafiq tədbirlər planı hazırlamaq;
  • İşçilər üçün ilkin, təkrar və planlaşdırılmamış təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək və keçirmək;
  • Qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq akt və hesabatları tərtib etmək;
  • Fərdi mühafizə vasitələrinin (FMV) düzgün və effektiv istifadəsinə nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarəti təmin etmək;
  • Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin icrasını təşkil etmək və icrasına nəzarət etmək;
  • Dövlət nəzarət orqanları ilə əlaqələri qurmaq və tələb olunan hesabatları hazırlamaq;
  • SƏTƏM (HSE) üzrə daxili auditlər və yoxlamalar həyata keçirmək;
  • İş yerlərinin təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək.

İş şəraiti

  • İş yeri: Cəbrayıl, İstehsalat ərazisi;
  • İş qrafiki: həftədə 5 gün

Müraciət etmək istəyən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Sətəm mütəxəssisi-Cəbrayıl” qeyd etməklə göndərə bilərlər. 

Oxşar vakansiyalar

: