SƏTƏM üzrə mühəndis
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etmək və nəzarətdə saxlamaq;
Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək;
İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq;
Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək;
Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri təşkil etmək;
Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının və aidiyyəti sənədlərin təminatına nəzarət etmək.
Namizədə tələblər:
Şəxsi nəqliyyat vasitəsinin olması;
Mühəndislik ixtisası üzrə ali təhsil;
Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil üstünlükdür;
Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə iş təcrübəsi;
Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər;
Müvafiq sertifikatların olması üstünlükdür;
Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.
İş şəraiti:
İş yeri: Bakı, Qaradağ r., Lökbatan qəs.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1300 AZN (+ 100 manat benzin pulu)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.