Safetyever SƏTƏM üzrə mütəxəssis
14 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
"SafetyEver" MMC artan layihələri ilə əlaqədar SƏTƏM üzrə mütəxəssislərin işə qəbulunu elan edir.
Əsas vəzifələr:
- Gündəlik,həftəlik və aylıq SƏTƏM üzrə hesabatların təqdim edilməsi
- Sahədə yüksək riskli işlər üçün “ İşə İcazə “ vərəqələrinin verilməsi və risk qiymətləndirilməsi prosesində birbaşa iştirak etmək
- Layihədə işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə biliklərinin mütəmadi olaraq yoxlanılmasının təşkil edilməsi, imtahan və attestasiya proseslərinin idarə olunması.
- Sahələr üzrə planlı SƏTƏM təftişlərinin icra olunması və aşkar edilmiş çatışmazlıqların icrasına nəzarət edilməsi
- Baş verən insidentlərin daxili prosedurlara uyğun araşdırılması, hesabatların tərtibi və düzəliş tədbirlərinin icrasına nəzarət edilməsi
- Sifarişçi şirkətlərin SƏTƏM üzrə mütəmadi sorğularının cavablandırılması və koordinasiyanın təmin edilməsi.
- Podratçıların fəaliyyətinin SƏTƏM qaydalarına uyğunluğunun təmin edilməsi, birgə təftişlərin keçirilməsi və podratçı şirkətlərlə koordinasiyanın qurulması
- Layihə heyətinə SƏTƏM qaydaları və təhlükəsiz iş metodları barədə zəruri təlimatların keçirilməsi və işçilərin məlumatlılıq səviyyəsinin artırılması
- Şirkətin daxili SƏTƏM siyasətinin, prosedur, təlimat və qaydalarının layihə sahəsində tam tətbiq olunmasının təmin edilməsi
Namizədə Tələblər:
- Ali təhsil (Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə üstünlükdür)
- SƏTƏM sahəsində 2-3 il iş təcrübəsi
- Aidiyyəti sahə üzrə sertifikatların mövcudluğu (üstünlükdür)
- Əmək qanunvericiliyi və SƏTƏM standartlarını bilmək
- Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq
Əmək şəraiti:
- İş rejimi: Növbəli (15/15)
- İş saatları: 08:00-20:00
- İş yeri: Daşkəsən və Göygöl rayonu
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
Təminatlar:
- Qalmaq yeri şirkət tərəfindən təmin olunur
- Gün ərzində 3 dəfə qidalanmaq şirkət tərəfindən qarşılanır.
Tələblərə uyğun gələn namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Safetyever