National Artificial Intelligence CenterNational Artificial Intelligence Center

Sətəm üzrə mütəxəssis

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

"Milli Süni İntellekt Mərkəzi" MMC (NAIC) Azərbaycanda süni intellekt sahəsində tədqiqat, yenilikçi layihələri həyata keçirən milli texnologiya qurumudur. Mərkəzin vizyonu Azərbaycanı regionun aparıcı süni intellekt mərkəzinə çevirmək, etik prinsiplərə əsaslanan inkişaf modeli ilə hər bir vətəndaşın innovasiyalardan faydalandığı rəqəmsal gələcək qurmaqdır.

Komandamızın bu missiyanı sağlam, təhlükəsiz və normativ tələblərə uyğun iş mühitində həyata keçirməsini təmin etmək məqsədilə SƏTƏM üzrə mütəxəssis axtarırıq.

Tələblər

Əsas funksiyalar:


•  Mərkəzin SƏTƏM siyasəti və illik fəaliyyət planını hazırlamaq, icraya nəzarət etmək;

•  İş yerlərini müntəzəm yoxlamaq, riskləri müəyyən etmək və azaltma tədbirləri həyata keçirmək;

•  Əməkdaşlar üçün SƏTƏM təlimləri, yanğın məşqləri və maarifləndirici tədbirlər keçirmək;

•  ş yerindəki bədbəxt hadisələri və xəsarətləri araşdırmaq,  kök səbəbi müəyyən etmək, rəhbərliyə hesabat vermək;

•  SƏTƏM sənədlərini (prosedurlar, risk qeydiyyatı, planlar, hesabatlar) hazırlamaq;

•  Dövlət qurumları (Dövlət Əmək Müfəttişliyi Xidməti, FHN) ilə əlaqəni idarə etmək;

•  Tullantı idarəetməsi, enerji qənaəti və ətraf mühit tələblərinə uyğunluğu izləmək.


Namizədə olan tələblər:


Təhsil

•  Ali təhsil - texniki, ekoloji mühəndislik və ya oxşar sahə;

Magistr dərəcəsi üstünlükdür;  

İş təcrübəsi

•  SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;

Texniki biliklər

•  Azərbaycan Respublikasının əmək qanunvericiliyini, Əmək Məcəlləsini və SƏTƏM-ə aid normativ aktları bilmək;   

•  Risk qiymətləndirilməsi aparmaq bacarığı;   

•  SƏTƏM sənədlərini müstəqil hazırlamaq bacarğı;  

Dil bilikləri

•  Azərbaycan dili - mükəmməl;

•  Rus dili - yaxşı səviyyə;

•  İngilis dili - yaxşı səviyyə.

Şəxsi keyfiyyətlər

•  Detallara diqqət və sistemli düşünmə qabiliyyəti;

•  Güclü yazılı və şifahi kommunikasiya;

•  Fövqəladə hallarda sakit, operativ qərar qəbul etmə;

•  Komanda ilə əməkdaşlıq.

National Artificial Intelligence Center
National Artificial Intelligence Center

Nəqliyyat və Kommunikasiya Holdinq (AZCON Holding) şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (NAIC) ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəzimiz süni…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et