Azərbaycan Dəmir Yolları SƏTƏMM mütəxəssisi (Hərəkət vasitələrinin təmiri deparatmenti)
İş rejimi Tam ştat Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:00
- Əmək şəraiti: açıq və qapalı məkan
- SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək və işlərin icrasını araşdırmaq
- Sənədləşdirməni təmin etmək və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyinə nəzarət etmək
- Sanitariya, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasını təmin etmək
- Əmək şəraitinin yaxşılaşdırılması və əməyin təhlükəsizliyi üzrə struktur qurum və bölmələrin fəaliyyətini əlaqələndirmək
- Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində təlimlər təşkil etmək və əmək kollektivini maarifləndirmək
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçi heyətinin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməsini nəzarət etmək
- SƏTƏMM sahəsində monitorinqlər keçirmək və çatışmazlıqları aradan qaldırmaq
- Mülki müdafiə tədbirlərinin planlaşdırılması və fövqəladə halların qarşısının alınması üzrə tədbirləri təşkil etmək
- Hesabatların hazırlanması və qeydiyyatını təşkil etmək
- ADY daxili və xarici ezamiyyələr.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi arzu olunandır
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər
- Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər
- Xarici dil: İngilis/Rus dili - orta
- MS Office - yaxşı
- Nəticəyönümlülük
- Risklərin idarə edilməsi
- Diqqətlilik.
ADY 

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…