SuperToys mağazalar şəbəkəsi Sifariş Toplayıcısı (bəy)
Vəzifə haqqında
SuperToys MMC-dən vakansiya: Sifariş Toplayıcısı (bəy) tələb olunur
Vəzifə öhdəlikləri:
– Sifarişlərə uyğun məhsulların anbardan toplanması;
– Məhsulların düzgün şəkildə qutulara yığılması;
– Barkod oxutma və sifariş toplama prosesində WMS operatoru ilə birlikdə işləmək;
– Məhsulların keyfiyyətini və sağlamlığını yoxlamaq, uyğunsuz məhsulları aidiyyəti rəhbərə bildirmək;
– Anbarın təmizliyini və səliqəsini qorumaq;
– Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək
Namizədlərə tələblər:
– Təhsil: Orta və ya ali təhsil;
– İş təcrübəsi: Anbar sahəsində iş təcrübəsi üstünlükdür;
– Cins: Bəy namizədlər
– Yaş həddi: 20–30 arası namizədlər
– Microsoft Office proqramları üzrə ilkin bilik;
– Çevik, məsuliyyətli və diqqətli olmaq;
– Sürətli öyrənmə qabiliyyəti;
– Komandada işləmə bacarığı;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Sədərək Ticarət Mərkəzi ərazisi (Sədərək Ticarət Mərkəzi və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək)
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sifariş Toplayıcısı” yazaraq [email protected] epoçt ünvanına ya da (055)457-97-17 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
