M
Aylıq maaş
₼2,500+
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Mebel istehsalı və layihə əsaslı iş modeli ilə fəaliyyət göstərən şirkətimizə nəticəyönümlü və liderlik bacarıqları yüksək olan Şirkət Direktoru axtarırıq.
Əsas vəzifələr:
- Mebel istehsalı prosesinin və gündəlik əməliyyatların idarə edilməsi
- Layihələrin vaxtında və keyfiyyətli icrasına nəzarət
- Satış fəaliyyətinin inkişafı və yeni müştərilərin cəlb olunması
- Müştərilər və tərəfdaşlarla effektiv işgüzar münasibətlərin qurulması
- Komandanın idarə olunması və fəaliyyət nəticələrinin izlənilməsi
- Şirkətin inkişaf strategiyasının həyata keçirilməsində aktiv iştirak
Namizədə tələblər:
- Dizayn, interyer dizaynı, memarlıq və ya əlaqəli sahə üzrə təhsil
- Tikinti, fit-out, interyer və ya əlaqəli sahədə layihə rəhbəri kimi minimum 3 il təcrübə
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı (iş xüsusiyyətlərinə görə mütləqdir)
- Liderlik və komanda idarəetmə təcrübəsi
- Müştəri yönümlü və nəticəyönümlü yanaşma
- Güclü təşkilatçılıq və qərarvermə bacarığı
Biz təklif edirik:
- 2500 AZN sabit əmək haqqı
- Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi
- Böyüməkdə olan şirkətdə strateji rəhbər vəzifə
- Peşəkar inkişaf və karyera perspektivi
CV-lərinizi mövzu hissəsində "Şirkət Direktoru (Mebel istehsalı)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.