MR
Aylıq maaş
₼700+
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: 700-800 Azn
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Tikinti layihələri üzrə memarlıq və konstruktiv həllər əsasında hazırlanmış smeta sənədlərinin 1C proqramında işlənilməsi və sistemə daxil edilməsi;
- Podratçı təşkilatlar tərəfindən təqdim olunan yerinə yetirilmiş iş aktlarının sistem üzərindən yoxlanılması, uyğunsuzluqlar aşkar edildiyi halda aidiyyəti əməkdaşların məlumatlandırılması;
- Görülmüş işlər üzrə təhvil-təslim, qəbul və sınaq aktlarının hazırlanması prosesində iştirak edilməsi;
- Smeta sənədlərinin və hesabatların dəqiqliyinin təmin olunması, normativ tələblərə uyğunluğunun yoxlanılması;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icra edilməsi.
Namizədə Tələblər:
- Mühəndislik, tikinti və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Tikinti sahəsində smeta işləri üzrə minimum 1–3 il iş təcrübəsi;
- Tikinti norma və standartları üzrə biliklərə malik olmaq;
- Layihə-smeta sənədləri ilə işləmək bacarığı;
- Analitik düşüncə və yüksək hesablama qabiliyyəti;
- 1C proqramında yüksək səviyyədə, MS Excel və MS Word proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli, dəqiq və nəticəyönümlü olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət bacarıqlarına malik olmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Smeta Əməliyyatçısı” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.