Smetaçı mühəndis
13 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Yerinə yetirəcəyi işlər:
- Maliyyə-smeta sənədləri hazırlayır
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəliş aparır
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir
- Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür
- Smeta sənədlərinin uçotunu aparır, smeta-maliyyə hesablamalarını sistemləşdirir
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir
- F-2 -lərin yazılmasını və qəbulunu həyata keçirir
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Tələblər:
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
- İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilməli.
- Ali təhsil (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), Rus,İngilis dilləri (yaxşı)
- Microsoft office (yaxşı), 1C, Auto CAD (yaxşı)
İş şəraiti
- İş rejimi: 6 günlük 09:00-18:00
- İş yeri: Qaradağ rayonu Ələt qəsəbəsi (“Enerji Servis Qrup” MMC)
- Əmək haqqı: 2500-3000 AZN
- Gediş gəliş üçün servis xidməti və Nahar şirkət tərəfindən təmin edilir.
Qeyd edilən tələblərə uyğun namizədlər CV-lərini [email protected] , [email protected] e-mail ünvanlarına “Smetaçı-mühəndis” başlığı ilə göndərməyiniz xahiş olunur.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
Aİ 
AS İnşaat MMC