REBERS Uber Park SMM
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Sosial media platformalarına daxil olan mesajları operativ və nəzakətli şəkildə cavablandırmaq;
Gündəlik canlı yayımlarda iştirak edərək şirkətin xidmətləri haqqında məlumat vermək;
Müştərilərin suallarını cavablandırmaq və düzgün istiqamətləndirmək;
Sosial media hesablarının aktivliyinin qorunmasına dəstək olmaq.
Namizəddən gözləntilər:
22 yaş və yuxarı olmaq;
Mehriban, gülərüz və pozitiv olmaq;
Səlis nitqə və güclü ünsiyyət bacarığına sahib olmaq;
Kamera qarşısında rahat çıxış etmək bacarığı;
Sosial media platformalarından aktiv istifadə etmək;
Məsuliyyətli, punktual və komandada işləməyi bacarmaq;
Ən azı kollektivdə iş təcrübəsinə malik olmaq;
Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
Biz təklif edirik:
Rəsmi əmək müqaviləsi;
Stabil və mehriban iş mühiti;
Karyera yüksəlişi və inkişaf imkanı.
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosu yaxınlığı, Rəşid Behbudov küçəsi.
İş qrafiki: Bazar ertəsi – Şənbə, saat 10:00–20:00
İstirahət günü: Bazar
Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılacaq.
Maraqlanan namizədlər CV-lərini 051 999 92 99 nömrənin vatsapına göndərə və ya bizimlə əlaqə saxlaya bilərlər
