CI Collezione ItaliaCollezione Italia

SMM

5 saat əvvəl yerləşdirilib Mənbə
Marketinq
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
20 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “SMM üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə üzrə öhdəliklər:

  • Şirkətin sosial media strategiyasını hazırlamaq və icra etmək.

  • Facebook, Instagram, TikTok, LinkedIn və digər platformalarda səhifələri idarə etmək.

  • Aylıq və həftəlik kontent planı hazırlamaq.

  • Mətn, vizual və video kontentin hazırlanmasını təşkil etmək.

  • Paylaşımları planlaşdırmaq və vaxtında yayımlamaq.

  • İzləyicilərin mesaj və şərhlərini operativ cavablandırmaq.

  • Kampaniyaların statistik göstəricilərini analiz etmək və hesabat hazırlamaq.

  • Rəqiblərin fəaliyyətini izləmək və bazar araşdırmaları aparmaq.

  • Marketinq komandası, dizayner və satış şöbəsi ilə koordinasiyalı işləmək.

Şərtlər:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

  • Həftə ərzində 5 iş günü, istirahət-şənbə və bazar günü

  • İş saatı: 10:00-19:00

  • Əmək haqqı namizədin bilik və bacarıqlaırna uyğun olaraq müəyyən ediləcək.

Tələblər:

  • Canva, Adobe Photoshop və ya digər dizayn proqramları üzrə bilik üstünlükdür.

  • Kopiraytinq və kontent yaradılması bacarığı.

  • Sosial media analitikası və KPI-lərin təhlili.

  • Video content ilə bağlı  portfolionun olması.

  • Azərbaycan və rus dillərində sərbəst yazı bacarığı, ingilis dili biliyi üstünlükdür.

  • Ünsiyyət, planlaşdırma və komanda ilə işləmək bacarığı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “SMM üzrə mütəxəssis” sözlərini qeyd edərək [email protected] elektron poçt ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

CI Collezione Italia
Collezione Italia
Topdansatış və pərakəndə ticarət

Collezione Italia - Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks…

Oxşar vakansiyalar

Hamısına bax