Grand Medicine MMC SMM
Vəzifə haqqında
Grand Medicine komandasına yeni sima axtarırıq
Grand Medicine MMC olaraq sosial media platformalarımız (Instagram, TikTok, Reels və s.) üçün məhsullarımızın təqdimatında iştirak edəcək yeni komanda üzvü axtarırıq.
Əgər özünüzə güvənirsiniz, kamera qarşısında rahat çıxış edə bilirsiniz və sağlamlıq sahəsinə marağınız varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
Namizəddən gözləntilər
- Tibb, əczaçılıq və ya digər səhiyyə sahələri üzrə təhsil almış və ya hazırda təhsil alan;
- Sağlamlıq və əczaçılıq sektoruna maraqlı;
- Kamera qarşısında sərbəst danışa bilən;
- Təqdimat və ünsiyyət bacarığı yüksək olan;
- Düzgün nitq və pozitiv enerjiyə sahib;
- Sosial media platformalarını (Instagram, TikTok, Reels) aktiv izləyən və bu formatlara uyğun kontent hazırlamağa maraqlı;
- Məsuliyyətli, intizamlı və öyrənməyə açıq.
İşin əsas vəzifələri
- Grand Medicine məhsullarının video təqdimatlarında iştirak etmək;
- Instagram və TikTok üçün Reels videolarının çəkilişində yer almaq;
- Məhsullar haqqında sadə, anlaşılan və etibarlı məlumatları təqdim etmək;
- Marketinq komandası ilə birlikdə kontent ideyalarının hazırlanmasında iştirak etmək.
Üstünlük hesab olunur
- Kamera qarşısında və ya sosial media layihələrində əvvəlki təcrübə;
- Əczaçılıq və ya tibbi məhsullar haqqında ilkin bilik;
- Kontent istehsalı və təqdimat sahəsinə maraq.
CV-nizi mövzu hissəsində "Sosial Media Təqdimat Üzü" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq bilərsiniz.
Qeyd: Müraciət zamanı şəkilli CV göndərilməsi mütləqdir. Şəkil olmayan CV-lər qiymətləndirilməyəcək. İlkin seçim mərhələsini keçən namizədlərdən müsahibədən əvvəl 30–60 saniyəlik qısa təqdimat videosu göndərməsi xahiş olunacaq.
