Kepro Esthetic School SMM mütəxəssis
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Klinikanın sosial media hesablarının idarə edilməsi
- Sosial media kanallarında paylaşılacaq reklam məzmunu yaradılması, hekayələrin yerləşdirilməsi, postlara nəzarət edilməsi və yeniliklər üzrə təkliflərin verilməsi
- Sosial media postları və s. üçün mətnlərin yazılması, Məhsul və ya xidmətlərin faydalarını və xüsusiyyətlərini vurğulayan məzmunun yaradılması
- Paylaşımlar üçün mövzuya uyğun olaraq yüksək keyfiyyətli cəlbedici kontentin (mətn, foto və video) hazırlanması
- Sosial media platformaları vasitəsilə gələn sorğuların cavablandırılması
- Nəticələrin analiz olunması və aylıq hesabatların verilməsi
- Müştərilərə sistematik promo emaillərin göndərilməsi və əlaqə qurulması
- Müştəri bazasının yenilənməsi
Tələblər
- Minumum 1 il iş təcürbəsi
- Azərbaycan dili səlist, rus dili sərbəst
- SMM (Facebook, Instagram,Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı
- Sosial media sahəsində peşəkar biliklər
- Ünsiyyət bacarığı, aktiv və məsuliyyətli olması
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
İş Şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Həftədə 3 dəfə, saat 10:00-dan 15:00-dək
- Əmək haqqı: min 500 AZN
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları mövzu hissəsində "SMM mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
KES 

Kepro Esthetic School