BC&
Belgian Chocolate & Coffee

SMM üzrə Mütəxəssis

18 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Marketinq

Vəzifə haqqında

Komandamızı gücləndirmək üçün SMM üzrə Mütəxəssis axtarırıq.

Əsas vəzifələr:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması;
  • Aylıq və həftəlik kontent planının hazırlanması və icrasının təmin edilməsi;
  • Kreativ post, reels və story ideyalarının hazırlanması;
  • Foto və video çəkilişlərinin təşkili, məzmunun hazırlanmasında iştirak;
  • Dizayner və videoqraf ilə koordinasiyalı işləmək;
  • Reklam kampaniyalarının planlaşdırılması və nəticələrinin izlənilməsi;
  • Auditoriya ilə operativ ünsiyyətin təmin edilməsi;
  • Sosial media statistikasının təhlili və aylıq hesabatların hazırlanması;
  • Brendin rəqəmsal platformalarda tanınmasının artırılması üçün yeni ideyaların irəli sürülməsi;
  • Trendlərin izlənilməsi və onların brend strategiyasına uyğun tətbiqi.

Tələblər:

  • SMM sahəsində minimum 2 il iş təcrübəsi;
  • Restoran, kafe və ya HoReCa sektorunda təcrübə üstünlükdür;
  • Azərbaycan və rus dilində səlis yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
  • Meta Business Suite, Ads Manager və Canva ilə işləmək bacarığı;
  • Instagram və TikTok alqoritmləri haqqında bilik;
  • Kreativ düşüncə və estetik baxış;
  • Analitik düşünmə və nəticəyönümlü yanaşma;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Mehriban və dinamik komanda;
  • Peşəkar inkişaf imkanları;
  • Müasir və kreativ iş mühiti;
  • Şirkətdaxili güzəştlər.

İş yeri: Bakı şəhəri

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "SMM üzrə Mütəxəssis" qeyd edə bilərsiniz.

Oxşar vakansiyalar

: