E
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Marketinq şöbəsinin fəaliyyətini planlamaq, idarə etmək və nəzarətdə saxlamaq;
- Rəqəmsal marketinq, sosial media, PR və reklam kampaniyalarının effektivliyini təmin etmək;
- İllik və aylıq marketinq planları, büdcə və hesabatların hazırlanması;
- Bazar araşdırmalarının aparılması və rəqib analizlərinin həyata keçirilməsi;
- Brend strategiyasının formalaşdırılması və inkişaf etdirilməsi;
- SMM komandasın – SMM kordinatorları, Mobilqraf və dizayner idarə etmək
- Satış şöbəsi ilə koordinasiyalı şəkildə kampaniyaların hazırlanması;
- Marketinq KPI-larının müəyyən edilməsi və nəticələrin təhlili;
- Agentliklər və media nümayəndələri, influcer marketinq və electron marketplace-lər ilə əməkdaşlığın idarə olunması;
- Yeni məhsul və xidmətlərin bazara çıxarılması üzrə marketinq fəaliyyətlərini koordinasiya etmək.
Namizədə tələblər
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi;
- Strateji düşünmə və analitik təhlil bacarığı;
- Meta Ads, Google Ads, Google Analytics və digər marketinq alətləri üzrə biliklər;
- Komanda idarəetmə və liderlik bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili bilikləri üstünlükdür;
- Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı.
Təklif edirik
- Karyera inkişafı və peşəkar yüksəliş imkanı;
- Müasir və dinamik iş mühiti;
- Nahar şirkət tərəfdən təmin olunur
- Motivasiyaedici bonus sistemi;
- Rəsmi əmək müqaviləsi və sosial təminatlar.
- Həftədə 5 gün iş, həftəsonları istirahət, saat 09:00-18:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.