BTV XƏBƏR Sosial Media Marketinq (SMM) mütəxəssisi
İş rejimi Tam ştat Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Sosial Media Meneceri
BTV Xəbər komandası fəaliyyətini genişləndirir və peşəkar Sosial Media Meneceri axtarır.
Vəzifə öhdəlikləri:
- BTV-də yayımlanan xəbərlərin operativ şəkildə Facebook, Instagram, X (Twitter), Telegram, TikTok və digər sosial media platformalarında paylaşılmasını təmin etmək;
- Xəbərlərin sosial media üçün uyğun mətn, başlıq və vizual materiallarla hazırlanması;
- Gündəlik sosial media hesablarının idarə edilməsi və izləyicilərlə operativ ünsiyyətin qurulması;
- Gündəlik paylaşım planının icrası və xəbər axınının çevik şəkildə idarə olunması;
- Sosial media üçün qısa video və vizual kontentin hazırlanması.
Tələblər:
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili üstünlükdür);
- Sosial media platformalarının iş prinsiplərini yaxşı bilmək;
- Canva, CapCut və digər foto/video montaj proqramlarından sərbəst istifadə bacarığı;
- Operativ, məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmək bacarığı;
- Xəbər mediası və ya SMM sahəsində ən azı 1 il iş təcrübəsi (üstünlük hesab olunur).
İş qrafiki:
- Tam iş günü;
- Zərurət olduqda növbəli iş qrafiki.
Müraciət:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Sosial Media Meneceri" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə və ya 060 212 12 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
BTV Xəbər – Xəbəri ilk paylaşan komandanın bir hissəsi olun!
BX 

BTV XƏBƏR