AB ATB BankATB Bank

Sosial media və kontent meneceri

Bakı 8 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Marketinq
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Sosial media strategiyasına uyğun aylıq və həftəlik kontent planlarının hazırlanması;
  • Sosial media hesablarının gündəlik idarə edilməsi və paylaşımların vaxtında dərc olunmasının təmin edilməsi;
  • Post, story, reel və digər kontent növləri üçün mətnlərin hazırlanması;
  • Komanda üzvləri ilə əməkdaşlıq çərçivəsində kontentin hazırlanması prosesinin koordinasiya edilməsi;
  • Sosial media göstəricilərinin təhlil edilməsi və mütəmadi hesabatların hazırlanması;
  • Trendlərin izlənilməsi, yeni kontent ideyaları və formatlarının təklif edilməsi;
  • Marketinq kampaniyalarının sosial media istiqamətinin hazırlanması və icrasında iştirak edilməsi;
  • Digital marketing sahəsində əlavə biliklərin olması üstünlük hesab edilir;
  • Analitika alətləri ilə işləmə bacarığı (Meta Business Suite, Google Analytics və s.) üstünlük hesab edilir;
  • Reklam kampaniyalarının idarə olunması üzrə təcrübənin olması üstünlük hesab edilir;
  • Kreativ və təşəbbüskar yanaşma nümayiş etdirmək;
  • Məsuliyyətli və nəticəyönümlü iş prinsipi ilə fəaliyyət göstərmək;
  • Çevik qərarvermə və operativ işləmə bacarığına malik olmaq;
  • Güclü ünsiyyət və komanda ilə səmərəli əməkdaşlıq bacarığına sahib olmaq.


Tələblər

  • SMM sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə kopiraytinq bacarığı;
  • Sosial media platformalarının alqoritmləri, alətləri və trendləri üzrə biliklər;
  • Kontent planının hazırlanması və idarə olunması sahəsində təcrübə;
  • Kreativ düşüncə tərzi və vizual kontent ideyalarının hazırlanması bacarığı;
  • Layihələrin planlaşdırılması və koordinasiyası bacarığı;
  • Analitik düşüncə tərzi və sosial media göstəricilərinin təhlili bacarığı;
  • Komanda ilə səmərəli əməkdaşlıq və güclü kommunikasiya bacarıqları;
  • Vaxtın effektiv idarə olunması və eyni vaxtda bir neçə tapşırığın icrası (multitasking) bacarığı.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
AB ATB Bank
ATB Bank

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et