Stansiya rəhbəri (Site Manager)
Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Location: Qobustan, Azərbaycan
- İşə başlama tarixi: ASAP
- İstismar məqsədlərinə uyğun olaraq layihə üzrə gündəlik iş bölgüsünü planlaşdırmaq və tənzimləmək.
- İstismar planlarını hazırlamaq və icrasını təmin etmək, işlərin vaxtında, keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsinə nəzarət etmək.
- Stansiyanın xüsusiyyətlərinə uyğun olaraq daxili qayda və prosedurları tətbiq etmək və təkmilləşdirmək.
- Dispetçer xidməti və dövlət qurumları ilə əlaqələri qurmaq, zəruri hesabatları təqdim etmək.
- Mövsümi təhlükəsizlik yoxlamaları, risk analizləri aparmaq, qəza halları üzrə araşdırmaları təşkil etmək və müvafiq iclaslara rəhbərlik etmək.
- Büdcə və xərclərin idarə olunmasına nəzarət etmək, lazımsız xərclərin qarşısını almaq.
- İşçilərin qiymətləndirilməsi və təlim proseslərini təşkil etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət etmək, sıfır qəza prinsipini təmin etmək.
Xüsusi tələblər
- MS Office proqramlarında sərbəst işləmək
- Energetika sahəsində sertifikat
- Minimum 3 il iş təcrübəsi
- Yerli elektrik şəbəkəsini bilməsi üstünlükdür
UNİVERSAL SOLAR AZERBAIJAN MMC