Mərkəzi Bank Statistika departamenti \ Tədiyə balansı şöbəsi \ Mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Dövlət Statistika Komitəsinin “Azərbaycanın xarici ticarət əlaqələri” bülleteninin məlumatlarına əsasən xarici ticarət üzrə ixrac-idxal göstəricilərinin dövlətlər üzrə strukturunun hazırlanması;
- Dövlət Statistika Komitəsinin məlumat bazasının göstəricilərinə əsasən qeyri-neft-qaz ixrac-idxal göstəricilərinin əsas mal qrupları üzrə strukturunun hazırlanması;
- Turizm statistikası üzrə məlumatların ölkələr üzrə hesablanmasında iştirak;
- Dövlət Gömrük Komitəsinin məlumat bazasının göstəricilərinə əsasən humanitar idxal-ixrac mallarının hesablanması;
- Ticarət kreditləri və avansların müəyyənləşdirilməsi üçün əvvəlki illərin idxalının hesabat dövrü ərzində ödənilməsinin müəyyənləşdirilməsi;
- Avtomatlaşdırılmış qapalı Beynəlxalq Əməliyyatlar üzrə Hesabatlılıq Sistemi (İTRS) çərçivəsində bank statistikası üzrə 1-TB hesabat formalarının yoxlanılması və emalı;
- Elektron Statistik Baza və Analitik Hesabatlıq Sistemi (ESAHS) çərçivəsində məlumatların yoxlanılmasını həyata keçirir;
- Hava nəqliyyatı üzrə sərnişin daşımaları barədə məlumatların ölkələr üzrə hesablanması.
Test mövzuları
- Ümumi iqtisadiyyat və bankçılıq
- Makroiqtisadiyyat
- İqtisadi statistika
- Beynəlxalq iqtisadiyyat
- Riyaziyyat
- Məntiq
- Ümumi kompüter bilikləri
- İngilis dili
Xüsusi tələblər
Təhsil
- Maliyyə:Ali təhsil
- İqtisadiyyat:Ali təhsil
Texniki biliklər
- Maliyyə üzrə biliklər:Yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər:Yaxşı səviyyədə
- Risklərin idarə edilməsi:Yaxşı səviyyədə
- Təqdimat bacarıqları:Yaxşı səviyyədə
Təcrübə
- Mərkəzi Bank və ya digər iqtisadi qurumların aidiyyəti sferasında iş təcrübəsi 2 il
Dil bilikləri
- Azərbaycan dili:Yüksək səviyyədə
- İngilis dili:Yaxşı səviyyədə
Kompüter bacarığı
- MS Office proqramları:Yüksək səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
MB 

Mərkəzi Bank