TAİS İKF Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis
23 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştəri obyektlərinə baxış keçirmək və mövcud su təchizatı sistemini qiymətləndirmək
- Suyun istifadə məqsədini, sərfiyyatını, təzyiqini və obyektin texniki şərtlərini müəyyən etmək
- Su analizinin nəticələrinə və obyektin ehtiyaclarına əsasən uyğun BWT həllərinin seçilməsində iştirak etmək
- Filtrasiya, su yumşaltma və digər su təmizləmə sistemləri üzrə texniki hesablamalar aparmaq
- Avadanlığın məhsuldarlığını, gücünü və tələb olunan konfiqurasiyanı müəyyən etmək
- Su təchizatı və avadanlığın qoşulması üzrə texniki sxem və spesifikasiyalar hazırlamaq
- Kommersiya təkliflərinin texniki hissəsinin hazırlanmasında satış komandasına dəstək göstərmək
- Layihə, satış, təchizat və servis komandaları ilə koordinasiyalı işləmək
- Quraşdırma işlərinin hazırlanmış texniki həllə uyğun həyata keçirilməsinə nəzarət etmək
Namizədə tələblər:
- Su təchizatı, mühəndis kommunikasiya sistemləri və ya müvafiq mühəndislik istiqaməti üzrə ali təhsil
- Su təchizatı sistemlərinin layihələndirilməsi və texniki hesablanması üzrə biliklər
- Su sərfiyyatı, təzyiq, boru xətləri, filtrasiya və su təmizləmə prinsipləri haqqında biliklər
- Texniki sxem, layihə və avadanlıq spesifikasiyaları ilə işləmək bacarığı
- AutoCAD proqramında işləmək bacarığı
- MS Excel və texniki hesablama proqramlarında işləmə bacarığı
- Analitik düşüncə, texniki məsələlərin təhlili və həlli, həmçinin əlaqəli şöbələrlə koordinasiyalı işləmək bacarığı
- İngilis və ya rus dili biliyi üstünlük hesab olunur
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri: TAİS-İKF MMC
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tİ 

TAİS İKF
TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin…