PI PASHA InsurancePASHA Insurance

Subroqasiya üzrə kiçik mütəxəssis

18 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

PAŞA Sığorta ASC namizədləri Hüquq Departamentində Subroqasiya üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın bir üzvü olmağa dəvət edir.

Bu rolda siz sığorta hadisələri nəticəsində yaranan subroqasiya işlərinin tam dövriyyəsini idarə edəcəksiniz. Fəaliyyətiniz, işlərin qəbulu və sistemə daxil edilməsindən başlayaraq, təqsirkar tərəflərlə danışıqların aparılması, tələblərin təmin edilməsi və zəruri hallarda işlərin məhkəməyə hazırlanmasına qədər geniş bir sahəni əhatə edəcək. Siz şirkətin maliyyə vəsaitlərinin geri qaytarılması prosesinə birbaşa töhfə verəcək və müvafiq daxili struktur bölmələri ilə sıx əməkdaşlıq edəcəksiniz.

Öhdəliklər

  • Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə daxil edilməsi;
  • Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
  • Cavabdeh tərəflərlə danışıqlar apararaq subroqasiya tələblərinin ödənilməsini təmin etmək;
  • Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması;
  • Mühasibatlıq şöbəsinin sorğusu əsasında subroqasiya ödənişləri ilə bağlı məlumatların verilməsi;
  • Vəzifə öhdəliklərinin icrası zamanı əldə olunan məlumatların müvafiq struktur bölmələrinə ötürülməsi;
  • Departament və birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bilik və Bacarıqlar

  • Sığorta və mülki qanunvericilik üzrə biliklər;
  • Yol hərəkəti qaydaları və avtomobilin texniki quruluşu haqqında biliklər;
  • Əmək qanunvericiliyi üzrə biliklər arzuolunandır;
  • Güclü ünsiyyət və müştərilərlə işləmə bacarığı;
  • Danışıqların aparılması və problemlərin həlli bacarıqları;
  • Strateji düşünmə və yüksək məsuliyyət hissi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, Rus dili - yaxşı, İngilis dili biliyi arzuolunandır,

Təhsil və Təcrübə

  • Ali təhsil (hüquq ixtisası üzrə arzuolunandır);
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Sığorta sahəsi üzrə sertifikatların olması arzuolunandır.

Bizim Təklifimiz

  • Peşəkar komandada karyera inkişafı imkanı;
  • Davamlı öyrənmə və fərdi inkişaf mühiti;
  • Şirkətin inkişafına birbaşa töhfə vermək şansı;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

PASHA Insurance OJSC invites candidates to apply for the position of Junior Subrogation Specialist at the Department of Law and become a member of our professional team.

In this role, you will manage the full lifecycle of subrogation cases arising from insurance claims. Your responsibilities will span from accepting and processing cases in the system to negotiating with liable parties, ensuring claim settlements, and, when necessary, preparing cases for legal action. You will directly contribute to the company's financial recovery process and work in close collaboration with relevant internal departments.

Responsibilities

  • Accept and process subrogation cases into the existing system;
  • Prepare and send notification letters regarding subrogation claims to responsible parties;
  • Negotiate with liable parties to ensure the settlement of subrogation claims;
  • Prepare subrogation claim cases for court proceedings;
  • Provide information on subrogation payments upon written request from the Accounting Department;
  • Transfer necessary information obtained during the performance of duties to the relevant structural units;
  • Fulfill other tasks assigned by the department head and direct supervisor.

Knowledge and Skills

  • Knowledge of insurance and civil legislation;
  • Knowledge of traffic regulations and the technical mechanics of automobiles;
  • Knowledge of labor legislation is desirable;
  • Strong communication and client management skills;
  • Negotiation and problem-solving abilities;
  • Strategic thinking and a high sense of responsibility;
  • Language skills: Fluent in Azerbaijani, good command of Russian, knowledge of English is considered as an advantage.

Education and Experience

  • Higher education (a degree in Law is desirable);
  • 1 year of work experience in a relevant field;
  • Certificates in the insurance field are desirable.

What we offer

  • Opportunity for career development in a professional team;
  • An environment of continuous learning and personal growth;
  • A chance to contribute directly to the company's development;
  • Opportunity to work in a “Great Place To Work” certified company.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Only candidates who meet the initial selection criteria will be contacted.

PI PASHA Insurance
PASHA Insurance
Maliyyə və sığorta fəaliyyəti

PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et