Yelo Bank "Summer Challenge 2026" təcrübə proqramı
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Yay tətilini səmərəli dəyərləndirmək
- Peşəkar mühitdə özünü inkişaf etdirmək
- İşlədiyi komandaya dəstək vermək
- Təşəbbüskar olmaq
- Öyrənməyə həvəsli olmaq
- Təcrübə müddətində pozitiv və kreativ yanaşmaq
- Nəticəyə fokuslanmaq
Tələblər
Aşağıdakı suallara kreativ video ilə cavab vermək:
- “Niyə sən və niyə Yelo?”
- Təsəvvür et ki, Summer Challenge 2026 proqramına seçilmisən. Yelo Bank`da bir iş gününü necə keçirərdin?
- Yelo Bank`ın gənc müştəri və əməkdaşlara daha da cəlbedici olması üçün hansı kreativ ideyalar verərdin?
Əlbəttə:
- Yeniliklərə açıq olmaq
- Sadəliyi üstün tutmaq
- Analitik və tənqidi düşüncə
- Komandada işləmək bacarığı
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
YB 

Yelo Bank
Biz yeniliklərə açıq peşəkar komanda ilə əhalinin və sahibkarların bank təcrübələrini yeniləmək üçün çalışırıq. Müştərilərimizlə birgə Azərbaycanda maliyyə xidmətlərinə yeni imkanlar və ideyalar…