VS VLand Systems MMCVLand Systems MMC

Sürücü

Bakı 1 həftə əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
10 dekabr 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş barədə məlumat:

• Tabeçiliyində olan avtomobilin təmizliyinə nəzarət etmək;
• Gündəlik avtomobilin texniki baxışdan keçirilməsini təmin etmək;
• İdarə etdiyi avtomobilin sazlığı və nasazlığı barədə birbaşa rəhbərə məlumat vermək;
• Şirkət tərəfindən qoyulmuş və yol hərəkəti haqqında qanunla tənzimlənən sürət rejiminə riayət etmək;
• Xarici görkəm standartlarına riayət etmək;
• Şirkət daxili nizam-intizam qaydalarına riayyət etmək;
• Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq;
• Gündəlik iş qrafikinə əməl etmək;
• Sərnişin və digər daşımaları həyata keçirmək;
• Vəzifə üzrə Bakı, Sumqayıt, Abşeron regionlarına xidmət səfərlərini həyata keçirmək;
• Ehtiyac yarandığı halda N/Ş-nın Rəhbərinin göstərişi ilə iş saatlarından əlavə işləmək;

Tələblər:

Təhsil : Orta texniki
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 27 - 55
Cins : Kişi
• B kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
Sürücü vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
• Yol hərəkəti qaydalarını və təhlükəsizlik tələblərini yaxşı bilmək;
• Bakı şəhərinin küçə və yol infrastrukturu üzrə yaxşı biliyə malik olmaq;
• Azərbaycan dilini sərbəst, İngilis və Rus dillərini işgüzar səviyyədə bilmək;
• Bakı şəhərinin mərkəzi rayonlarında yaşayan namizədlərə üstünlük veriləcək (Ağ Şəhər, Xətai, Nərimanov, Nəsimi, Yasamal, Səbail və ətraf ərazilər);
• Məsuliyyətli, punktual, intizamlı və etibarlı olmaq;
• Yüksək ünsiyyət və etik davranış qaydalarına riayət etmək;
• Məxfiliyi qorumaq və peşəkar yanaşma nümayiş etdirmək.
VS VLand Systems MMC
VLand Systems MMC
Emal sənayesi

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et