AD
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və təyinat üzrə idarə etmək;
- Hazır qapıların, aksesuarların və digər məhsulların müştərilərə vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək;
- Məhsulların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, daşınma zamanı məhsulların zədələnməsinin qarşısını almaq;
- Çatdırılma sənədlərinin düzgün şəkildə təhvil-təslim edilməsini təmin etmək;
- Günlük marşrut planına uyğun hərəkət etmək və rəhbərliyə görülən işlər barədə məlumat vermək;
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək, nasazlıqlar barədə vaxtında məlumat vermək;
- Avtomobilin təmizliyini və səliqəsini təmin etmək;
- Yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
Tələblər
- Müvafiq sürücülük vəsiqəsi (B kateqoriyası, əlavə kateqoriyaların olması üstünlükdür);
- Sürücü vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək;
- Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq;
- Dəqiq, intizamlı və ünsiyyət bacarıqlarına malik olmaq;
- Yükdaşıma və ya mebel/qapı sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik;
- Diqqətlilik və operativlik;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Stabil əmək haqqı;
- İşlə əlaqədar yanacaq və digər xərclərin qarşılanması;
- Peşəkar və dinamik iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.