M My Group Holding MMCMy Group Holding MMC

Sürücü

1 gün əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
₼800+
Son müraciət tarixi
13 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifələr və məsuliyyətlər:

  • Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və qaydalara uyğun idarə etmək;
  • Məhsulların anbarlardan mağazalara, müştərilərə və digər təyinat nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək;
  • Daşınan məhsulların təhvil-təslim prosesində iştirak etmək və müvafiq sənədləri təqdim etmək;
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
  • Avtomobilin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Yol hərəkəti qaydalarına ciddi riayət etmək və təhlükəsizlik tələblərini gözləmək;
  • Yükləmə və boşaltma proseslərində zəruri hallarda dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Tələblər:

  • Sürücü vəzifəsində minimum 1 il iş təcrübəsi; 
  • B kateqoriyalı sürücülük vəsiqəsi; 
  • Mexaniki sürətlər qutusu (mexanika) olan avtomobilləri sərbəst idarə etmək bacarığı; 
  • Yol hərəkəti qaydalarını yaxşı bilmək; 
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq; 
  • Fiziki cəhətdən aktiv və məhsulların daşınması prosesində iştirak edə bilmək. 

İş saatları və əmək şərtləri

  • Əmək haqqı: 800 Azn
  • İş qrafiki: 5 günlük iş qrafiki.
  • İş yeri: Nərimanov ray., M.Araz küçəsi (Ulduz metrosu yaxınlığı).

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

M My Group Holding MMC
My Group Holding MMC
Topdansatış və pərakəndə ticarət

My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…

Oxşar vakansiyalar

Hamısına bax