Sürücü
Vəzifə haqqında
Superfon-dan vakansiya: Sürücü tələb olunur
Vəzifə öhdəlikləri:
– Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
– Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
– Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
– İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
– Satışa dəstək olmaq
Tələb olunan bilik və bacarıqlar:
– Təhsil: Orta;
– İş təcrübəsi: Müvafiq sahə üzrə iş təcrübəsi 6 ay – 1 il
– Kollektiv ilə işləmə bacarığı
– İşində məsuliyyətli
– Yaş həddi: 22-35
– Sürücülük vəsiqəsi: B (C) kateqoriya
– Bakı və region üzrə işləməyə açıq olmalı
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Bakıxanov ərazi
Əmək haqqı:
– Başlanğıc aylıq əmək haqqı 550 manat NET təşkil edir + nahar ödənişi
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” yazaraq [email protected] epoçt ünvanına ya da (051)201-55-95 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə…