Suvarma üzrə mütəxəssis
12 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Kənd təsərrüfatı
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş yeri: Qax rayonu
Vəzifə öhdəlikləri
- Bağ və əkin sahələri üzrə suvarma proqramlarının hazırlanması və icrasına nəzarət;
- Damcı suvarma sistemlərinin gündəlik fəaliyyətinin izlənməsi;
- Su sərfiyyatının optimallaşdırılması;
- Suvarma avadanlıqlarının texniki vəziyyətinə nəzarət;
- Torpaq rütubəti və bitkilərin su tələbatının monitorinqi;
- Suvarma üzrə hesabatların hazırlanması.
Namizədə tələblər
- Aqronomiya, Meliorasiya, Su təsərrüfatı və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Suvarma sistemləri ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Təcrübəsi olmayan, lakin ixtisası üzrə inkişaf etmək istəyən namizədlər də müraciət edə bilərlər;
- Damcı suvarma sistemləri haqqında bilik;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş yeri Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur.
- Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.
- Əməkhaqqı - Namizədin bilik və peşəkar hazırlıq səviyyəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək.
- İş rejimi: Tam ştat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
UA 
Ulu Agro