VŞQ
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Əsas Tələblər:
- İqtisadiyyat, Biznesin idarəedilməsi, Logistika və ya Maliyyə sahəsi üzrə ali təhsil;
- Satınalma/Təchizat sahəsində minimum 5 il, rəhbər vəzifədə (Team Lead/Manager) minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dilli (Sərbəst yazılı və şifahi), Rus dili biliyi üstünlükdür;
- Müqavilə idarəçiliyi, strateji planlaşdırma və güclü danışıqlar aparmaq bacarığı;
- Məlumatları analiz etmə, problem həll etmə və sürətli qərar vermə qabiliyyəti
- Yüksək məsuliyyətlilik, operativlik və liderlik xüsusiyyətləri.
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin satınalma siyasətini formalaşdırmaq, təchizat zənciri strategiyasını qurmaq və prosesləri optimallaşdırmaq;
- Satınalma büdcəsini planlaşdırmaq, xərclərin analizini aparmaq və xərclərə qənaət (cost saving) layihələrini idarə etmək;
- Yerli və xarici təchizatçı bazasını genişləndirmək, strateji tərəfdaşlıqlar qurmaq və təchizatçı performansını (KPI) qiymətləndirmək;
- Yüksək büdcəli müqavilələr üzrə kommersiya şərtlərini (qiymət, ödəniş, logistika) müzakirə etmək və ən əlverişli şərtləri təmin etmək;
- Müqavilələrin hüquqi və maliyyə risklərini minimuma endirmək, icra müddətlərinə nəzarət etmək;
- Təchizat komandasının fəaliyyətini koordinasiya etmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək;
- Rəhbərliyə bazar trendləri, stok vəziyyəti və satınalma effektivliyi barədə mütəmadi analitik hesabatlar təqdim etmək.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
- Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat Meneceri” yazmaqla, öz CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər