Təhlükəsizlik Əməkdaşı (Xanım)
Vəzifə haqqında
Oba Market MMC-dən vakansiya: Təhlükəsizlik Əməkdaşı tələb olunur
Vəzifə öhdəlikləri:
– Müəssisənin ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
– Giriş-çıxış rejiminə nəzarəti həyata keçirmək, əməkdaşların, ziyarətçilərin və nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq;
– İstehsalat sahələrini mütəmadi olaraq yoxlamaq, təhlükəsizlik risklərini aşkar etmək və rəhbərliyə məlumat vermək;
– Müşahidə kameraları, siqnalizasiya və digər təhlükəsizlik sistemlərini izləmək, nasazlıqları barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
– Müəssisənin maddi dəyərlərinin və əmlakının mühafizəsini təmin etmək;
– Növbə ərzində baş verən hadisələr barədə müvafiq qeydiyyat aparmaq və hesabat təqdim etmək;
– Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl etmək və onların icrasına dəstək göstərmək;
Namizədlərə tələblər:
– Təhsil: Ali və ya orta ixtisas təhsili;
– İş təcrübəsi: Minimum 1 il
– Cins: Xanım namizədlər
– Yaş həddi: 22–45 arası namizədlər
– İstehsalat müəssisəsində iş təcrübəsinin olması arzuolunandır;
– Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
– Operativ qərarvermə və müşahidə bacarığı;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Qaraçuxur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500-550 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təhlükəsizlik Əməkdaşı” yazaraq [email protected] epoçt ünvanına ya da (055)205-07-53 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə…