Mixpromax MMC Təhsil üzrə mütəxəssis (Avropa)
Vəzifə haqqında
Avropa ölkələri üzrə Təhsil Mütəxəssisi vakansiyası elan edirik.
Əgər siz Avropada təhsil sahəsində təcrübəyə, güclü kommunikasiya və satış bacarıqlarına maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
Tələbələrə Avropada təhsil imkanları barədə peşəkar məsləhət vermək
Universitet və ixtisas seçimində düzgün istiqamətləndirmə aparmaq
Qəbul prosesi və sənəd hazırlığını idarə etmək
Viza prosedurları üzrə dəstək göstərmək
Universitetlərlə yazışmaları və müraciət prosesini koordinasiya etmək
Təhsil sərgiləri, seminarlar və təqdimatlarda iştirak etmək
Tələbələrlə davamlı kommunikasiya və follow-up aparmaq
Namizəddən gözləntilər:
Ali təhsil
Avropada təhsil sahəsində minimum 1 il təcrübə
Avropa təhsil sistemləri barədə bilik
Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət
Rus dili biliyi üstünlükdür
Güclü təqdimat və satış bacarığı
Məsuliyyətli və nəticəyönümlü yanaşma
MS Office proqramları ilə işləmə bacarığı
Təklif edirik:
Əmək haqqı: 800–1000 AZN (namizədin bilik və bacarıqlarına əsasən) + bonus sistemi
Rahat və dinamik iş mühiti
Təlim və inkişaf imkanları
İş qrafiki: Tam ştat / 6 günlük iş rejimi
Ünvan: Əhməd Rəcəbli, Aynalı Plaza
CV-lərinizi “Avropa təhsil mütəxəssisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
