OM OBA Market MMCOBA Market MMC

Təmir və texniki xidmət üzrə şöbə müdiri

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Tam ştat Satış
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Şirkətə məxsus mağazalar üzrə texniki sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi
  • Elektrik, soyutma (fridge/freezer), HVAC və digər avadanlıqların planlı texniki baxış və təmir proseslərinin təşkili
  • Nasazlıqların operativ aradan qaldırılması üçün texniki komandaların koordinasiyası
  • Regionlar üzrə texniki xidmət işlərinin mərkəzləşdirilmiş şəkildə idarə olunması
  • Texniki heyətin iş bölgüsünün aparılması, performansının izlənməsi və inkişafının təmin edilməsi
  • Ehtiyat hissələri, materiallar və servis xərclərinin effektiv idarə olunması və optimallaşdırılması
  • Xarici podratçılar və servis şirkətləri ilə əməkdaşlığın təşkili və nəzarəti
  • Mağazaların renovasiyası və rebrendinq layihələri üzrə texniki işlərin planlaşdırılması və icrasına nəzarət
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik standartlarına riayət olunmasının təmin edilməsi
  • Texniki KPI-ların izlənməsi və proseslərin optimallaşdırılması

Tələblər

  • Ali təhsil (Elektrik, Mexanika, Energetika və ya əlaqəli texniki sahə üzrə)
  • Pərakəndə sektorunda və ya çoxfiliallı şirkətlərdə minimum 5 il texniki sahədə, ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi
  • Elektrik, soyutma sistemləri (fridge/freezer), HVAC və digər texniki avadanlıqlar üzrə bilik və praktiki təcrübə
  • Texniki xidmət, nasazlıqların operativ idarə olunması və preventiv baxış proseslərində təcrübə
  • Texniki komandanın idarə olunması və iş bölgüsünün təşkili bacarığı
  • Büdcə, servis və texniki xərclərin idarə olunması üzrə təcrübə
  • Podratçı və servis şirkətləri ilə işləmək bacarığı
  • Mağaza açılışı, renovasiya və rebrendinq layihələrində iştirak təcrübəsi
  • MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı bilik
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı
  • Azərbaycan dilində səlis ünsiyyət; rus və ya ingilis dili biliyi üstünlükdür
  • Regionlara ezamiyyət imkanının olması üstünlükdür
OM OBA Market MMC
OBA Market MMC

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et