Tender üzrə mütəxəssis
Vəzifə haqqında
Namizədə olan tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis yaxşı səviyyədə;
Elektron satınalma portalı ilə işləmək bacarığı;
Təmsiletmə bacarığı;
Analitik düşünmə və hesablama bacarığı;
Sənədlərlə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
Məsuliyyətlilik, operativlik və diqqətlilik;
Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
Kompüter bilikləri (MS Office);
Yaş həddi; 25-50
İş haqqında məlumat:
Dövlət və özəl satınalma portallarında elan olunan tenderlərin gündəlik monitorinqini aparmaq;
Şirkətin fəaliyyət sahəsinə uyğun tenderləri müəyyənləşdirmək və rəhbərliyə təqdim etmək;
Tender sənədlərini təhlil etmək, iştirak şərtlərini qiymətləndirmək;
Tender təkliflərinin hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
Tələb olunan hüquqi, maliyyə və texniki sənədləri toplamaq və düzgün şəkildə formalaşdırmaq;
Şirkətin digər şöbələri ilə koordinasiyalı işləyərək qiymət təkliflərini və texniki məlumatları toplamaq;
Elektron satınalma portalı üzərindən tender müraciətlərini həyata keçirmək;
Tender nəticələrini izləmək, qalib və ya uduzulmuş tenderlər üzrə hesabat hazırlamaq;
Bağlanmış müqavilələrin icrasını izləmək və sənədləşməni təmin etmək;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Satınalma və tender qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.
İş şəraiti:
6 günlük iş həftəsi;
Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Korporativ nömrə;
Əmək haqqı 800-1000 AZN
Vakansiyaya müraciət üçün CV-ləri “Tender üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə…