Azdizayn GroupAzdizayn Group

Tender üzrə mütəxəssis

12 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Logistika
Aylıq maaş
₼800+
Son müraciət tarixi
28 iyul 2026

Vəzifə haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis,  İngilis yaxşı səviyyədə;
  • Elektron satınalma portalı ilə işləmək bacarığı;
  • Təmsiletmə bacarığı;
  • Analitik düşünmə və hesablama bacarığı;
  • Sənədlərlə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və diqqətlilik;
  • Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
  • Kompüter bilikləri (MS Office);
  • Yaş həddi; 25-50

İş haqqında məlumat:

  • Dövlət və özəl satınalma portallarında elan olunan tenderlərin gündəlik monitorinqini aparmaq;
  • Şirkətin fəaliyyət sahəsinə uyğun tenderləri müəyyənləşdirmək və rəhbərliyə təqdim etmək;
  • Tender sənədlərini təhlil etmək, iştirak şərtlərini qiymətləndirmək;
  • Tender təkliflərinin hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Tələb olunan hüquqi, maliyyə və texniki sənədləri toplamaq və düzgün şəkildə formalaşdırmaq;
  • Şirkətin digər şöbələri ilə koordinasiyalı işləyərək qiymət təkliflərini və texniki məlumatları toplamaq;
  • Elektron satınalma portalı üzərindən tender müraciətlərini həyata keçirmək;
  • Tender nəticələrini izləmək, qalib və ya uduzulmuş tenderlər üzrə hesabat hazırlamaq;
  • Bağlanmış müqavilələrin icrasını izləmək və sənədləşməni təmin etmək;
  • Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Satınalma və tender qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.

İş şəraiti:

  • 6 günlük iş həftəsi;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı 800-1000 AZN

Vakansiyaya müraciət üçün CV-ləri “Tender üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Azdizayn Group
Azdizayn Group
Topdansatış və pərakəndə ticarət

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et