Təşkilati Dizayn və İşçi Qüvvəsinin Planlaşdırılması üzrə Aparıcı Mütəxəssis
İş rejimi Tam ştat Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
Bu vəzifədə siz təşkilati strukturun inkişafı, işçi qüvvəsinin planlaşdırılması və HR analitika istiqamətlərində strateji layihələrdə iştirak edəcək, şirkətin təşkilati inkişafına töhfə verəcəksiniz.
- Təşkilati strukturun təhlili və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Yeni struktur modellərinin və ştat dəyişikliklərinin hazırlanmasında iştirak;
- İşçi qüvvəsinin və ştat ehtiyaclarının planlaşdırılması;
- HR və ştat büdcəsinin hazırlanmasına dəstək;
- İş analizi, vəzifə təsvirlərinin hazırlanması və standartlaşdırılması;
- Vəzifə arxitekturası və vəzifələrin dəyərləndirilməsi proseslərində iştirak;
- Strateji HR analitik hesabatlarının hazırlanması;
- Struktur dəyişikliklərinin tətbiqinə metodoloji dəstək göstərilməsi.
Tələblər
- Ali təhsil (İnsan Resursları, Menecment, İqtisadiyyat, Biznesin idarə edilməsi, Sənaye mühəndisliyi və ya uyğun sahə);
- İnsan resursları sahəsində minimum 4 il iş təcrübəsi;
- Təşkilati dizayn, işçi qüvvəsinin planlaşdırılması, HR analitika və ya əlaqəli sahədə təcrübə üstünlükdür;
- Azərbaycan dili – mükəmməl;
- İngilis dili – yaxşı;
- Rus dili biliyi üstünlükdür;
- MS Excel proqramından yüksək səviyyədə istifadə (Pivot Table, XLOOKUP/INDEX-MATCH və məlumatların təhlili);
- MS PowerPoint, MS Word, Visio və 1C proqramları ilə işləmək bacarığı;
- Analitik düşünmə, təqdimat, planlaşdırma və problem həll etmə bacarıqları.
Üstünlük hesab olunur:
- HR Analitika üzrə bilik və təcrübə;
- Təşkilati dizayn, təşkilati inkişaf və işçi qüvvəsinin planlaşdırılması üzrə yerli və ya beynəlxalq sertifikatlar;
- MS Excel MOS və Power BI sertifikatları;
A
Anonym