MMars MMC

Texnik (Şıxov)

Bakı 18 saat əvvəl yerləşdirilib Mənbə: ejob.az ↗
Tam ştat 5 ildən çox Qonaqpərvərlik
Aylıq maaş
₼600+
Son müraciət tarixi
24 noyabr 2026

Vəzifə haqqında

İş barədə məlumat:Şıxovda yerləşən otelə "Texnik" tələb olunur.
Vəzifə:
Oteldə olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi otel ərazisini yoxlamaq.
Verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
Aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
Sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
Otelin digər ərazilərdə su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
Həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
Qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
Döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
Divar təmiri, kafellərin dəyişdirilməsi, divar kağızların dəyişdirilməsi, boya işlərinin görülməsi
Loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
Siyirməli və qapılı dolabların təmiri
Qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
Dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
Müxtəlif boya işləri – tavan, divar, yol işarələri və.s.
Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.
İş şəraiti:
Əmək haqqı: 600 azn
İş qrafiki: 9 saat (növbəli)
Nahar şirkət tərəfindən təmin edilir

Tələblər:Təhsil : Orta texnikiİş təcrübəsi : 5 ildən artıqYaş : - Tələblər:
Elektrik və Santexnik işləri üzrə bacarıqlar
Rəngsaz işləri üzrə bacarıqlar
Kafel-metlax işləri üzrə bacarıqlar
Alçipan işləri üzrə bacarıqlar

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et