SH Shusha Hospitality Group MMCShusha Hospitality Group MMC

Texniki xidmət üzrə supervayzer

Şuşa 5 gün əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Mühəndislik
Aylıq maaş
₼900 – 1,000
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Shusha Hospitality Group MMC-dan vakansiya: Texniki xidmət üzrə supervayzer tələb olunur

Vəzifə öhdəlikləri:
– Texniki şöbənin gündəlik fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq;
– Texniki heyətin iş bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
– Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin düzgün istismarına nəzarət etmək;
– Profilaktik texniki baxışların və təmir işlərinin həyata keçirilməsini təmin etmək;
– Texniki nasazlıqların operativ aradan qaldırılmasını koordinasiya etmək;
– Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
– Rəhbərliyə görülən işlər barədə mütəmadi hesabat təqdim etmək.

Namizədlərə tələblər:
– Təhsil: Texniki sahədə ali və ya orta ixtisas təhsili;
– İş təcrübəsi: Texniki sahədə ən azı 3 il, rəhbər vəzifədə isə minimum 1 il iş təcrübəsi;
– Elektrik, santexnika və ümumi bina texniki sistemləri üzrə biliklər;
– Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
– Məsuliyyətli, operativ və problem həll etmə bacarığı;
– MS Office proqramlarından istifadə bacarığı.

İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Şuşa şəhəri
– Yerləşmə və qidalanma şirkət tərəfindən təmin olunur

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900-1000 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Texniki xidmət üzrə supervayzer” yazaraq [email protected] epoçt ünvanına ya da (051)244-14-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


SH Shusha Hospitality Group MMC
Shusha Hospitality Group MMC

Oxşar vakansiyalar

Hamısına bax