Azərbaycan Dəmir Yolları Texnologiyaların tətbiqi və inkişafı üzrə mütəxəssis (Sərnişin daşımaları departamenti)
İş rejimi Tam ştat Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Kompüterlər, printerlər ve digər avadanlıqların (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
- Gündəlik yaranan nasazalıqları aradan qaldırmaq, kompüterlərin formatı, təmiri və proqramların yazılmasını həyata keçirmək;
- Office proqramları ilə bağlı əməkdaşlara texniki dəstək göstərmək;
- Tapşırıqların təyin edilməsinin formalaşdırılması, onların alqoritmləşdirilməsi üzərində işin aparılması, sistemin ayrı-ayrı elementlərinin həllərinin yazılması, imkanlarının müəyyənləşdirilməsini icra etmək, avtomatlaşdırılmış idarəetmə sistemlərinin dizaynında standart bloklardan istifadə üçün təkliflər hazırlayıb və onların yaradılmasında iştirak etmək;
- Avtomatlaşdırılmış idarəetmə sistemlərinin dizaynı və istismarı sahəsində dizayn təşkilatları tərəfindən hazırlanmış və digər müəssisələrdə fəaliyyət göstərən avtomatlaşdırılmış istehsal nəzarət sistemlərini öyrənmək;
- Departamentdə iş axınının yaxşılaşdırılması işində iştirak etmək, avtomatlaşdırılmış istehsal nəzarət sistemində istifadə olunan texniki, təşkilati və inzibati sənədlərin məzmunu və quruluşu üçün tələbləri formalaşdırmaq;
- Bütün alt sistemlər üçün təşkilati və texniki dəstəyi nəzərə alaraq avtomatlaşdırılmış idarəetmə sisteminin müəyyən edilmiş tapşırıqları barədə məlumatların işlənməsi üçün texnoloji sxemlər hazırlamaq;
- Avtomatlaşdırılmış idarəetmə sistemlərindən məlumat istifadəsi üçün vəsaitlərin yaradılması və istifadəsi ilə bağlı tədris materialları, təlimatlar və digər texniki sənədlərin layihələrini hazırlamaq;
- Gələn və gedən sənədlərə dizayner nəzarəti və dövri nəzarət həyata keçirmək;
- Standart və qeyri-standart proqramları yazmaq, baş verən problemləri araşdırıb həll etmək;
- Avtomatlaşdırılmış idarəetmə sistemi üçün məlumatların hazırlanmasında, lazımi sənədlərin hazırlanmasında və kompüter texnologiyası ilə işlənmiş məlumatların şifrəsinin açılmasında müəssisənin bölmələrinə metodiki kömək göstərmək;
- Yeni texniki vasitələrin təyini və tətbiqi məsələlərində iştirak etmək;
- Şirkətə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək;
- Kompüter, Printer, İP telefon və digər avadanlıqları sazlamaq, əməliyyat sistemlərini yazmaq;
- Texniki avadanlıqların və proqram təminatların quraşdırılması , konfiqurasiyası , diaqnostikası və sazlanmasını təmin etmək.
Tələblər
- Təhsil: Müvaviq sahə üzrə ali təhsil;
- Növbəli iş qrafiki;
- Riyazi metodların, müasir kompüter texnologiyalarının, rabitə və rabitənin, iqtisadi kibernetika nəzəriyyəsini bilməli;
- Sistem üzrə problemlərin araşdırılması və analiz etmək qabiliyyəti;
- Drayverlərin quraşdırılmasını və logların yoxlanılmasını bilmək;
- Şəbəkə avadanlıqlarla işləmə bacarığı və administrasiya;
- Ümumi komputer, İP şəbəkə, server əməliyyat sistemləri və elektron sistemlər üzrə biliklər;
- Analitik düşüncə.
ADY 

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…