Neft - Mədən Avadanlığı MMC Texnoloq
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
Neft-mədən avadanlığının çertyojlarının hazırlanması və işlənməsi
Avadanlığın istehsalı üzrə texnoloji sənədlərin (texnoloji xəritə, marşrut vərəqi və s.) tərtib edilməsi
Digər texniki sənədlərin hazırlanması və aktuallaşdırılması
Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Anbarda məhsul dövriyyəsinin izlənməsi və uçotunun aparılması
İstehsal prosesində yaranan texniki məsələlərin həllində iştirak
İstehsalat sahəsi ilə mühəndis heyəti arasında texniki koordinasiyanın təmin edilməsi
Namizədə tələblər
Ali təhsil — mühəndis-mexanik ixtisası üzrə
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
AutoCAD proqramında sərbəst işləmə bacarığı
MS Office proqramlarında (Word, Excel) sərbəst işləmə bacarığı
Neft-mədən avadanlığının növlərini və iş prinsiplərini yaxşı bilmək
Texnoloji sənədlərin hazırlanması üzrə bilik və təcrübə
Texniki çertyojları oxumaq və şərh etmək bacarığı
Məsuliyyətlilik, detallara diqqət və komandada işləmə bacarığı
Analitik düşüncə və problemləri müstəqil həll etmə qabiliyyəti
Üstünlük sayılır
SolidWorks, KOMPAS-3D və ya digər CAD proqramlarında iş təcrübəsi
İstehsalat müəssisəsində (maşınqayırma, metal emalı) iş təcrübəsi
Rus və ya ingilis dilində texniki sənədlərlə işləmə bacarığı
İş şəraiti və təkliflərimiz
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
5 günlük iş həftəsi, 2 gün istirahət
Əmək haqqı müsahibə nəticəsində razılaşma yolu ilə müəyyən edilir
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Sabit və mehriban iş mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Texnoloq” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
