AEV Avaz Eşitmə və Nitq MərkəziAvaz Eşitmə və Nitq Mərkəzi

Tibb İşçisi

15 saat əvvəl yerləşdirilib Mənbə
Səhiyyə
Aylıq maaş
₼700+
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

AVAZ Eşitmə və Nitq Mərkəzi (Bakı şəhəri) Audioloq və eşitmə cihazları üzrə mütəxəssis vəzifəsi üzrə namizəd axtarır!

Namizəd xidmət keyfiyyətinin artırılmasına töhfə verməli, müraciət edən şəxslərlə peşəkar münasibət qurmağı və komandada effektiv işləməyi bacarmalıdır.

Vəzifə öhdəlikləri

  • Müraciət edən şəxslərin qəbulu və müayinələrinin aparılması
  • Müayinə nəticələrinə əsasən eşitmə cihazının təyin edilməsi
  • Eşitmə cihazlarının istifadəsi ilə bağlı müraciət edən şəxslərin məlumatlandırılması
  • Eşitmə cihazlarının tənzimlənməsi
  • İş prosesi ilə bağlı məlumatların sənədləşdirilməsi və sistemə daxil edilməsi
  • Avadanlıqların düzgün istifadəsinə və texniki vəziyyətinə nəzarət

Namizədə dair tələblər

  • Ali və ya orta-ixtisas səviyyəli tibb təhsili
  • Rus və ya ingilis dillərində orta səviyyədə biliklər (üstünlükdür)
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Peşə etikası, güclü ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma
  • Yaş həddi: 22–50 yaş

İş şərtləri

  • Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri
  • İş rejimi: Tam iş günü
  • Həftəlik istirahət günü: 1 gün
  • Əməkhaqqı: 700 AZN (+ mükafat)

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq, mövzu hissəsində “Audioloq” qeyd etməklə göndərə bilərlər.

AEV Avaz Eşitmə və Nitq Mərkəzi
Avaz Eşitmə və Nitq Mərkəzi

Oxşar vakansiyalar

Hamısına bax