T
TABIA Group LLC
Tibbi məhsul inkişafı üzrə menecer
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
- Sanatoriya–kurort profillərinə uyğun yeni tibbi və wellness xidmət paketlərinin hazırlanması (balneoterapiya, fizioterapiya, dietoterapiya, reabilitasiya proqramları və s.).
- Mövcud tibbi xidmətlərin təkmilləşdirilməsi, yenilənməsi və müasir tibbi standartlara uyğunlaşdırılması.
- Müalicəvi proqramların səmərəliliyini qiymətləndirmək və optimallaşdırmaq üçün elmi-tibbi əsaslı təkliflər hazırlamaq.
- Hər otelin müalicəvi yönümlü brend məhsullarının (tibbi proqram, spa müalicə paketləri və s.) konseptinin yaradılması.
- Kurortologiya, fizioterapiya və reabilitasiya sahəsində yeni elmi yenilikləri izləmək və xidmətlərə tətbiq etmək.
- Müalicə nəticələri, qonaq məmnuniyyəti və klinik göstəricilərlə bağlı tibbi məlumatların toplanması, analizi və təhlili.
- Yeni tibbi məhsulların effektivliyini sübut edən elmi materialların hazırlanması.
- Departamentə bağlı bütün tibbi personal üçün xidmət standartlarının (SOP) hazırlanması və tətbiqinə nəzarət.
- Protokolların sanatoriya–kurort tibbi normativlərinə, sağlamlıq turizmi standartlarına və yerli qanunvericiliyə uyğunluğunun təmin edilməsi.
- Tibbi personal, SPA komandası və əlaqəli şöbələr üçün məhsul, xidmət və protokollar üzrə mütəmadi təlimlərin təşkili və keçirilməsi.
- Satış və marketinq şöbələrinə tibbi məzmun, xidmət izahları, tibbi üstünlüklər və elmi arqumentlərlə dəstək verilməsi.
- Müştərilər (qonaqlar) üçün tibbi məlumat kitabçalarının, proqram broşürlərinin və təqdimat materiallarının hazırlanması.
- Yeni tibbi məhsul və proqramların tətbiqi üzrə layihələrin idarə olunması (planlama, büdcələşdirmə, icra və hesabatlıq).
- Sanatoriya–kurort konseptlərinin inkişafı üzrə strateji planların hazırlanmasında iştirak.
- Tibbi xidmətlərin effektivliyi, qonaq tələbatı, mövsümi trendlər və məhsul performansı üzrə aylıq və illik hesabatlar hazırlamaq.
- Yeni tibbi proqramların tətbiqi nəticələrinin dəyərləndirilməsi və inkişaf imkanlarının təklif edilməsi.
- Sanatoriya–kurort profillərinə uyğun yeni tibbi və sağlamlıq proqramlarının hazırlanması.
- Mövcud müalicə paketlərinin modernləşdirilməsi, standartlaşdırılması və səmərəliliyinin artırılması.
- Otellər üzrə fərdi tibbi məhsul və brend proqram konsepsiyalarının hazırlanması (detoks, reabilitasiya, kardioloji proqramlar, ortopedik bərpa və s.).
- Azərbaycan daxilində sanatoriya–kurort sahəsində bazar təhlili aparmaq: müştəri tələbatı, rəqib xidmətləri, trendlər və yeni imkanlar.
- Müalicəvi və wellness xidmətlərinin regionlar üzrə tətbiqi və genişləndirilməsi üçün strategiya hazırlamaq.
- Yerli tibbi mütəxəssislər, klinikalar, reabilitasiya mərkəzləri, spa və wellness qurumları ilə əməkdaşlıqlar qurmaq.
- Ölkə daxilində yeni məhsul və proqramların tanıdılması üçün tibbi təlimlər, təqdimatlar və əməkdaşlıq layihələri həyata keçirmək.
- Xarici bazarlar üzrə tibbi turizm, kurortologiya və wellness trendlərini araşdırmaq və yeni inkişaf istiqamətlərini təklif etmək.
- Beynəlxalq sanatoriya, spa, wellness və reabilitasiya mərkəzlərinin məhsul modellərini analiz edərək şirkətə uyğunlaşdırmaq.
- Şirkətin tibbi məhsul və proqramlarının beynəlxalq bazarlara çıxışı üçün konsept, paketləşdirmə və fərqləndirmə strategiyasını hazırlamaq.
- Xaricdəki tibbi klinikalar, sağlamlıq turizmi agentlikləri, sığorta şirkətləri və reabilitasiya qurumları ilə əməkdaşlıq imkanlarının qurulmasına dəstək vermək.
- Beynəlxalq sərgilərdə, tibbi turizm forumlarında və konfranslarda məhsulların təqdimatı üçün tibbi kontenti hazırlamaq.
- Xarici qonaqlar üçün uyğunlaşdırılmış, çoxdilli tibbi proqramların strukturunu və tibbi məlumat materiallarını hazırlamaq.
- Kurortologiya, fizioterapiya, reabilitasiya və wellness sahəsində beynəlxalq yenilikləri izləmək və məzmunu məhsullara adaptasiya etmək.
- Yerli və xarici qonaqların tibbi nəticələri üzrə məlumatları təhlil edərək məhsulun inkişafına dair təkmilləşdirilmiş modullar yaratmaq.
- Ölkə daxili və beynəlxalq əməkdaşlıq üçün tibbi və məhsul üzrə təlimlərin keçirilməsi.
- Marketinq və satış şöbələrinə tibbi məlumatlar, elmi arqumentlər və proqram məzmunu ilə dəstək vermək.
- Qonaqlara yönəlik tibbi məlumat kitabçaları, proqram bukletləri və elmi əsaslandırmalar hazırlamaq.
- Yeni məhsulların həm ölkə daxilində, həm də xarici bazarlarda tətbiqi üçün layihələrin idarə olunması.
- Marketinq, satış, icraçı rəhbərlik, keyfiyyət, tənzimləyici və tibbi şöbələrlə sıx koordinasiya.
- Ölkədaxili və beynəlxalq məhsul performans göstəriciləri üzrə aylıq və illik analitik hesabatlar hazırlamaq.
- Müalicə nəticələrini, qonaq məmnuniyyətini və məhsul rentabelliyini ölçərək inkişaf strategiyaları təqdim etmək.
Tələblər
Təhsil:
- Ali tibbi təhsil
İş təcrübəsi:
- Tibb sahəsində iş təcrübəsi minimum 5 il
- tibbi nümayəndə, tibbi məsləhətçi, məhsul mütəxəssisi və ya Medical Affairs sahəsində təcrübə.
Bilik və Bacarıqlar:
- Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində).
- Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır
- Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır
- Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır.
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;