R - Pharm Tibbi nümayəndə
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Səhiyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin məhsullarını həkimlər, əczaçılar və tibb müəssisələri arasında peşəkar şəkildə tanıtmaq və təşviq etmək;
- Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
- Həkimlər, əczaçılar və digər səhiyyə mütəxəssisləri ilə uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq və inkişaf etdirmək, daim yeniləmək;
- Gündəlik ziyarət planını hazırlamaq və təsdiq edilmiş marşrut üzrə effektiv şəkildə icra etmək;
- Təyin olunmuş ərazi üzrə klinikalar, xəstəxanalar, tibb mərkəzləri və apteklərə müntəzəm görüşlər keçirmək;
- Məhsullara olan tələbatı öyrənmək və satış imkanlarını müəyyənləşdirmək;
- Satış planının yerinə yetirilməsini təmin etmək;
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
- Bazar araşdırması etmək, rəqibləri tanımaq və satış kanallarını artırmaq
- Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi;
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
- Məhsulların stok vəziyyətini izləmək və çatışmazlıq riskləri barədə rəhbərliyi məlumatlandırmaq;
- Marketinq kampaniyaları, konfranslar, simpoziumlar, seminarlar və digər elmi tədbirlərdə şirkəti təmsil etmək;
- Müştərilərdən daxil olan sual, təklif və şikayətləri operativ şəkildə cavablandırmaq və aidiyyəti şöbələrə yönləndirmək;
- Gündəlik, həftəlik və aylıq fəaliyyət hesabatlarını vaxtında rəhbərliyə təqdim etmək
- Şirkətin daxili prosedurlarına, etik davranış qaydalarına və farmasevtik sektorun qanunvericilik tələblərinə riayət etmək.
Tələblər
- Ali təhsil (Tibb təhsili üstünlükdür);
- Tibbi nümayəndə və ya satış sahəsində minimum 3 il iş təcrübəsi (əczaçılıq sahəsində təcrübəyə üstünlük verilir);
- Farmasevtik məhsullar, tibbi terminologiya və satış prinsipləri üzrə bilik;
- Effektiv təqdimat, ünsiyyət, danışıqlar aparmaq və satış bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və nəticəyönümlülük;
- Planlaşdırma və vaxtın effektiv idarə olunması bacarığı;
- Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point);
- Azərbaycan və rus dillərini sərbəst bilmək
- B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı;
- Ezamiyyətlərə hazır olmaq.
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Tibbi nümayəndə” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələri xahiş olunur. Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
R-P 

R - Pharm