Bakı Metropoliteni Tikinti konstruksiyaları və arxitektura şöbəsinə konstruktor
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- İnşaat konstruksiyalarının layihələndirilməsi;
- Müəllif nəzarətinin həyata keçirilməsi;
- Dəmir-beton və metal konstruksiya cizgilərinin hazırlanması;
- Layihələndirmə işlərində müasir hesablama və təşkilati texnikanı tətbiq etmək;
- Sənaye və mülki obyektlər üçün statik, dinamik və seysmik (zəlzələ) yüklərə görə hesablamaların aparılması;
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəllərinin hazırlanması və s.
Xüsusi tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi və ya ona oxşar ixtisaslar üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- AutoCAD, Lira proqram biliyi;
- Tikinti materialları və konstruksiyaların növləri və xüsusiyyətləri üzrə biliklər;
- Diqqətli, məsuliyyətli, təşəbbüskar olmaq, detallara həssas yanaşmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.

Bakı Metropoliteni