AQ Azconstruction QSCAzconstruction QSC

Tikinti Koordinatoru

2 saat əvvəl yerləşdirilib Mənbə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətin icra etdiyi bütün tikinti layihələrinin koordinasiyasını təmin etmək;

  • Layihələrin planlaşdırılması və icra prosesinə nəzarət etmək;

  • Qrafikləri hazırlamaq və icrasını izləmək;

  • Tikinti proseslərinin səmərəliliyini artırmaq məqsədilə rəhbərliyə təkliflər vermək;

  • Aidiyyəti şöbələr və podratçılar arasında koordinasiyanı təşkil etmək;

  • Layihələrin gedişi barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;

  • Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək.

Namizədə tələblər:

  • Tikinti sahəsində bilik və iş təcrübəsi;

  • Planlaşdırma və koordinasiya bacarıqları;

  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

  • Təşəbbüskar və məsuliyyətli olmaq;

  • Komanda ilə effektiv işləmək və ünsiyyət bacarıqlarına malik olmaq;

  • Ezamiyyətə getməyə hazır olmaq.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi (6-cı gün qısaldılmış iş günü);

  • İş saatları: 08:00 – 17:45;

  • İş yeri: Ziya Bünyadov prospekti

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Tikinti Koordinatoru" qeyd edə bilərlər.

AQ Azconstruction QSC
Azconstruction QSC

Oxşar vakansiyalar

Hamısına bax