AQ Azconstruction QSCAzconstruction QSC

Tikinti Koordinatoru

13 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Azconstruction QSC komandasına məsuliyyətli, təşəbbüskar və peşəkar Tikinti Koordinatoru dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin icra etdiyi bütün tikinti layihələrinin koordinasiyasını təmin etmək;
  • Layihələrin planlaşdırılması və icra prosesinə nəzarət etmək;
  • Qrafikləri hazırlamaq və icrasını izləmək;
  • Tikinti proseslərinin səmərəliliyini artırmaq məqsədilə rəhbərliyə təkliflər vermək;
  • Aidiyyəti şöbələr və podratçılar arasında koordinasiyanı təşkil etmək;
  • Layihələrin gedişi barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
  • Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək.

Namizədə tələblər:

  • Tikinti sahəsində bilik və iş təcrübəsi;
  • Planlaşdırma və koordinasiya bacarıqları;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Təşəbbüskar və məsuliyyətli olmaq;
  • Komanda ilə effektiv işləmək və ünsiyyət bacarıqlarına malik olmaq;
  • Ezamiyyətə getməyə hazır olmaq.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi (6-cı gün qısaldılmış iş günü);
  • İş saatları: 08:00 – 17:45;
  • İş yeri: Ziya Bünyadov prospekti

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Tikinti Koordinatoru" qeyd edə bilərlər.

AQ Azconstruction QSC
Azconstruction QSC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et